İqtisadiyyat

Polşa Azərbaycana çatacaq "Boeing" təkərlərini müsadirə edib

19 May, 2025
157

Foti: AFP

Polşa gömrükçüləri Belarus və Rusiya üzərindən keçərək Azərbaycana çatacaq təyyarə təkərlərini müsadirə edib. 

Mayın 19-da Polşa Milli Vergi Administrasiyasının verdiyi məlumatda bildirilir ki, təkərlərin ümumi ağırlığı 5 ton olub və onlar İspaniyadan göndərilib. 

Gömrük orqanına təqdim olunan sənədlərdə malların avtomobil və avtobus təkərləri olduğu qeyd edilsə də, əslində onların “Boeing” firmasının istehsalı olan təyyarələrə məxsus olduğu məlum olub. 

Nəticədə, Belarus sərhədindəki polşalı gömrükçülər təkərləri müsadirə ediblər. Faktla bağlı cinayət işi açılıb. 

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına başladığı vaxtdan bəri Qərb ölkələri Rusiyaya sanksiyalar tətbiq edib, o cümlədən təyyarələrin və onların ehtiyat hissələrinin satışına qadağa qoyub. 

Ehtiyat hissələrinin çatışmazlığı səbəbindən Rusiyadakı hava yolları şirkətləri donanmanın bir hissəsini istismardan çıxararaq ehtiyat hissələri üçün sökməyə məcbur olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Ekspert: "Hökumətin fəaliyətsizliyi nəticəsində kənd təsərrüfatımız batıb”

21 May 2025

Foto: agro.gov.az

Bu ilin ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% artıb. Dövlət Gömrük Komitəsinin məlumatında belə deyilir. Məlumata görə, 2024-cü ilin ilk dörd ayında ölkəyə 773 milyon 337 min dollar dəyərində yeyinti məhsulları idxal edildiyi halda, 2025-ci ilin eyni dövründə bu göstərici 866 milyon 122 min dollara yüksəlib. Bu da əvvəlki illə müqayisədə 92 milyon 785 min dollar əlavə artım deməkdir. Məlumatı özünün “Facebook” səhifəsində şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli, son illərdə yeyinti məhsullarının idxalında davamlı artım müşahidə olunduğunu vurğulayıb. Mütəxəssis qeyd edib ki, son 5 ildə idxal 63,3%,...
İqtisadiyyat

Kartlardan pul oğurluğu: Banklar nə qədər günahkardır?

7 May 2025

Toplum Tv

Azərbaycanda son həftələrdə bank kartlarından dələduzluq yolu ilə pulların oğurlanması halları artıb. Daxili İşlər Nazirliyi hər gün “fişinq” deyilən İnternet fırıldaqçılığından zərər çəkən vətəndaşların sayını və onlara dəyən zərərin miqdarını dərc edir. Məsələn, 3 və 4 may tarixlərində 33 vətəndaşın kartlarından ümumilikdə 46757 manat pul oğurlanıb.  Bu barədə nazirliyin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. O bildirib ki, vətədaşlar kartlarının üzərindəki CVV/CVC və ya OTP kodlarını müxtəlif kiber üsullarla dələduzluq edən şəxslərə veriblər və polis bu faktların hər biri ilə bağlı araşdırma aparır. Hacıyev qeyd edib ki, kartından 10010 manat oğurlanan bir şəxsə xarici nömrədən zəng edən dələduz özünü...

Seçilmiş Videolar

Toplum TV loqo