İqtisadiyyat

SOCAR 3 milyard avro dəyərində İtaliya şirkətini alıb

21 Fevral, 2026
408

Foto/kollaj: Toplum TV

Avropa Komissiyası Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) "API Holding" şəbəkəsindən "Italiana Petroli" (IP) şirkətini almasını təsdiqləyib.

Bu barədə fevralın 19-da yayılan pres-relizdə bildirilir ki, SOCAR İtaliya şirkətinin səhmlərinin 99.82%-ini alıb. 

Avropa Komissiyası bu nəticəyə gəlib ki, SOCAR-ın bu şirkəti alması bazarda rəqabətə ciddi təsir etməyəcək və başqa şirkətlər üçün problem yaranmayacaq. Buna görə də, sövdələşmə sadə və sürətli prosedurla təsdiqlənib.

İsveçrədə qeydiyyatdan keçmiş "SOCAR Energy Holdings AG" sövdələşməni SOCAR-ın adından yekunlaşdırıb.

"Italiana Petroli" İtaliyada neft emalı və satışı sahəsində ən böyük şirkətlərdən biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə və illik təxminən 10 milyon ton gücə malik iki neftayırma zavoduna sahibdir. IP bitum, aviasiya yanacağı və sürtkü yağları kimi ixtisaslaşmış məhsullar satır və bütün ölkəni əhatə edən logistika sisteminə malikdir.

İtaliya mətbuatı xəbər verir ki, bu razılaşma SOCAR-a IP brendi altında fəaliyyət göstərən 4600-dən çox yanacaqdoldurma məntəqəsi üzərində nəzarət, eləcə də neft emalı imkanları qazandıracaq. Sövdələşmənin ümumi dəyərinin təxminən 3 milyard avro olduğu qiymətləndirilir.

"Intesa Sanpaolo IMI CIB" şirkətinin məsləhətçiliyi ilə çıxış edən SOCAR "Italiana Petroli"-nin alınması uğrunda rəqabətdə digər namizədləri - İsveçrənin "Gunvor" və BƏƏ-nin "Bin Butti Group" şirkətlərini geridə qoyub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Məsafədən kredit götürmək istəyənlər üçün yeni qayda: Vəsait dərhal verilməyəcək

30 Sentyabr 2026

sosial media

Azərbaycanda məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, vətəndaşlar banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət etməklə məsafədən istehlak krediti götürməyə və ya kredit limitini artırmağa məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin bankda şəxsən iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında ləğv olunacaq. Yeni qaydalara görə, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə bir məhdudiyyət qoyub-qoymadığını həm öz informasiya sistemləri, həm də kredit bürosu vasitəsilə yoxlamalıdır. Məhdudiyyət tətbiq edən şəxslə məsafədən kredit müqaviləsi bağlamaq və ya onun kredit limitini artırmaq mümkün olmayacaq....
İqtisadiyyat

Bankların kredit faizlərindən gəliri 17,2 faiz artıb

28 Sentyabr 2026

sosial media

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bankların verdikləri kreditlər üzrə faiz gəlirləri 2 milyard 982,6 milyon manat olub. “Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Sentyabrın 1-nə bankların kredit portfelinin ümumi həcmi 32 milyard 824,2 milyon manat təşkil edib. Bu məbləğin 17 milyard 822,9 milyon manatı biznes, 10 milyard 261,2 milyon manatı istehlak, 4 milyard 740,2 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb. “Toplum TV”nin daha əvvəl Mərkəzi Bankın məlumatları əsasında dərc etdiyi təhlildə bankların əmanətlər üzrə faizləri azaltdığı halda, kreditləri bahalaşdırdığı göstərilib. Belə ki, 2024–2025-ci illərdə manatla depozitlər üzrə orta faiz dərəcəsi...

Seçilmiş Videolar

Toplum TV loqo