Dünya

Belarusda daha 25 nəfər əfv edilib

17 Sentyabr, 2025
14

Foto: Reuters

Belarus prezidenti Aleksandr Lukaşenko Milli Birlik Günü ərəfəsində daha 25 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Qərar 1994-cü ildən ölkəyə rəhbərlik edən Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında əldə olunan razılaşmanın bir hissəsi olaraq təsvir olunur. 

“Belta” dövlət xəbər agentliyi xəbər verir ki, 12 qadın və 13 kişi sərbəst buraxılıb.

Onların on doqquzunun yaşı 40-dan az olub və əksəriyyətinin uşaqları var. 

Onların arasında "ekstremist" maddələrlə məhkum olunanlar da var.  Belarusda bir qayda olaraq siyasi fəalları bu maddələrlə təqib edirlər.

Sentyabrın 11-də Belarusda 52 siyasi məhbus azadlığa buraxılıb. Onların arasında “Azadlıq Radiosu”nun jurnalisti İhar Losik və prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç də olub. 
Lakin o, Litvaya getməkdən imtina edərək Belarusa qayıdıb.

71 yaşlı Lukaşenko sentyabrın 11-də paytaxt Minskdə Trampın xüsusi elçisi Con Koel ilə görüşdən sonra məhbusların azad edilməsini "humanitar jest" adlandırıb.

Görüş zamanı tərəflər ticarət əlaqələrinin necə bərpa oluna biləcəyini, o cümlədən ABŞ səfirliyinin Minskdə yenidən açılmasını müzakirə ediblər.

ABŞ Minskdəki səfirliyini 2022-ci ilin fevralında bağlayıb. Bu, Rusiya prezidenti Vladimir Putinin Belarus ərazisindən Ukraynaya genişmiqyaslı hücumuna cavab olaraq edilib. 

Koel "Reuters" agentliyinə bildirib ki, səfirliyin yenidən açılması üçün hələ dəqiq tarix yoxdur, lakin bu, “çox yaxın gələcəkdə” baş verəcək.

İyunda da ABŞ xüsusi elçisinin səfəri zamanı 14 "siyasi məhbus" əfv olunaraq azad edilib. Onların arasında mühacirətdə olan müxalifət lideri Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski də var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Kadırov Alla Puqaçovanı "xalq düşməni və xain" adlandırıb 

16 Sentyabr 2025

Foto: açıq mənbə

Çeçenistan lideri Ramzan Kadırov sentyabrın 15-də "Telegram" kanalında rusiyalı müğənni Alla Puqaçova haqqında paylaşım edib.  O, paylaşımında müğənninin bu yaxınlarda verdiyi müsahibədəki fikirlərinə cavab olaraq onu “xalq düşməni və xain” adlandırıb.  Kadırov Puqaçovanın çeçen separatçılarının keçmiş lideri, 1991–1996-cı illərdə Çeçenistan rəhbəri olmuş Cövhər Dudayev haqda dediklərinə etiraz edib. Puqaçova müsahibəsində Dudayevi “qeyrətli, mərd, ağıllı, yaraşıqlı insan” adlandırıb. Kadırov isə Puqaçovanın “çeçen xalqı üçün ən ağır dövrə etinasız yanaşdığını" deyib.  O, Dudayevi “çeçen xalqının problemlərinə biganə” olmaqda günahlandırıb. Çeçen lider, həmçinin, 1994-cü ildə Çeçenistandakı müharibənin “Puqaçova kimi satqınlar” tərəfindən başladıldığı fikrini irəli sürüb. Ramzan Kadırovun özü də 1994–1996-cı illərdə, Dudayevin rəhbərliyi...
Dünya

"Tinder dələduzu" Gürcüstanda saxlanılıb

15 Sentyabr 2025

Foto: açıq mənbə

"Tinder dələduzu" kimi tanınan İsrail vətəndaşı Simon Levyev Gürcüstanın Batumi hava limanında saxlanılıb.  Onun vəkili İsrailin "Walla" nəşrinə bildirib ki, həbsin səbəbləri hələlik məlum deyil. “Bu səhər onunla danışdım, saxlanıldıqdan sonra əlaqə saxladıq, amma səbəbi hələ başa düşmürük. O, indiyədək sərbəst şəkildə dünyanın müxtəlif yerlərinə səyahət edib”, – vəkil deyib. Gürcüstanın Daxili İşlər Nazirliyi "OC Media"-ya bildirib ki, Levyev barəsində sərhəddə yoxlanış zamanı "Interpol" tərəfindən axtarış bildirişj olduğu aşkarlanıb və o, buna görə saxlanılıb. Levyev 2022-ci ildə "Netflix" platformasında yayımlanan “Tinder Dələduzu" sənədli filmindən sonra məşhurlaşıb. Filmdə onun həyata keçirdiyi müxtəlif fırıldaqlar təsvir olunub. Levyevin uzun illər davam edən cinayət...

Seçilmiş Videolar

Toplum TV loqo