Pensiyasının dayandırıldığından şikayətlənən Yevlax sakininin 30 sutka həbs edildiyi bildirilir
sosial media
Əlillik statusunun ləğvi və pensiyasının dayandırılmasından şikayətlənən Yevlax sakini Elşən Həsənovun 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.
“Meydan TV” bu barədə Həsənovun yaxınlarına istinadən məlumat yayıb. Onun hansı maddə ilə həbs edildiyi hələlik məlum deyil.
Həsənov noyabrın 13-də “Meydan TV”yə videomüraciətində əlillik statusunun ləğvindən və pensiyasının dayandırılmasından şikayət edib.
O, əvvəllər II qrup əlilliyi olduğunu və 230 manat pensiya aldığını bildirib. Həsənovun sözlərinə görə, sonradan əlillik dərəcəsi III qrupa endirilib, pensiyası 180 manata salınıb, daha sonra isə həmin status da ləğv edilərək ödəniş tam dayandırılıb.
Həsənov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarı tibbi sənədlərdə xəstəliyi ilə bağlı məlumatların dəqiq göstərilməməsi ilə əsaslandırıb. Onun müraciət etdiyi Yevlax Rayon Xəstəxanasının həkimi isə xəstəliyi ilə bağlı məlumatların sənədlərdə əks olunduğunu təsdiqləyib.
Uşaqlıqdan xəstə olduğunu və davamlı müalicəyə ehtiyac duyduğunu bildirən Həsənov problemin həlli üçün altı ay ərzində nazirliyə dəfələrlə müraciət etdiyini söyləyib. Nəticə əldə etmədikdən sonra Prezident Administrasiyasına da məktub göndərdiyini, lakin müraciətlərinin yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirildiyini qeyd edib.
Vide omüraciətində prezident İlham Əliyevə səslənən Həsənov pensiyanın dayandırılmasına etiraz edib və sərt ifadələr işlədib.
“Düşünürsən ki, biz acından öləcəyik, səndən qorxacağıq? Yox, İlham Əliyev, sən bizi bezdirirsən. Məcbur edirsən ki, gəlib Prezident Administrasiyasının qarşısında üsyan edək, səninlə savaşaq. Mən ölürəm, qoy elə səninlə savaşıb ölərəm”, - deyə o bildirib.
Daxili İşlər Nazirliyi Elşən Həsənovun saxlanılması və inzibati həbsə cəlb olunması barədə hələlik məlumat yaymayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: şəxsi arxiv
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”