Dünya

Rubinyan: “Ermənistan Konstitusiya ilə bağlı Azərbaycanın yanaşmasını qəbul etmir”

17 noyabr, 2026
5

sosial media

Ermənistan sülh sazişinin imzalanmasını yeni Konstitusiyanın qəbulu ilə şərtləndirən Azərbaycanın yanaşmasını qəbul etmir.
“Armenpress”in məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan noyabrın 17-də jurnalistlərə açıqlamasında deyib.
O, konstitusiya dəyişiklikləri ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması arasındakı əlaqədən danışıb.
“Biz bu yanaşmanı qəbul etmirik. Hesab edirik ki, sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və biz sülh sazişini elə bu gün imzalamağa hazırıq”, - Rubinyan deyib.

Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbul olunması təşəbbüsü Ermənistanın daxili gündəliyindən irəli gəlir. Bununla yanaşı, o, sənədin qəbulunun xarici siyasət baxımından nəticələr doğura biləcəyini istisna etməyib.

Rubinyan müxalifətin Konstitusiya dəyişikliklərindən sonra Azərbaycanın sülh sazişini imzalayıb-imzalamayacağı və yeni şərtlər irəli sürüb-sürməyəcəyi ilə bağlı suallarına da münasibət bildirib.
Parlament sədrinin sözlərinə görə, hakimiyyət bu sualları məntiqli sayır. O qeyd edib ki, baş nazir Nikol Paşinyan məsələ barədə düşünəcəyini və müxalifətə təklif təqdim etmək niyyətində olduğunu bildirib.
“Əlavə təminatlara ehtiyac varsa, bəlkə də sizin gündəmə gətirdiyiniz məsələ ilə bağlı həmin təminatların ardınca getməyə dəyər”, - Rubinyan deyib.

Ötən il Vaşinqtonda sülh sazişi paraflanmazdan əvvəl rəsmi Bakı sənədin imzalanması üçün bir sıra şərtlər irəli sürürdü. Azərbaycan tərəfi həm uzun illər danışıqlarda vasitəçilik etmiş ATƏT-in Minsk qrupunun buraxılmasını, həm də Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini vacib sayırdı.
Rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğunu bildirir. Ermənistan tərəfi isə Konstitusiyaya dəyişiklik məsələsini müzakirə etsə də, bu iddia ilə razılaşmır.
Ermənistan Konstitusiyası ilə bağlı referendumun 2026-cı ilin iyununda keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən əvvəl baş tutmayacağı bildirilib.

Prezident İlham Əliyev də bu il Azərbaycan telekanallarına müsahibəsində sülh sazişinin imzalanmasının Bakıdan asılı olmadığını deyib. O, Ermənistan Konstitusiyasına dəyişiklik edildiyi halda sənədin növbəti gün imzalana biləcəyini bildirib.
“Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”, - Əliyev deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İran Xameneinin öldürülməsinə görə 159 ABŞ və İsrail vətəndaşını ittiham edir

17 noyabr 2026

sosial media

İranın keçmiş ali rəhbəri Əli Xameneinin və ailə üzvlərinin öldürülməsi ilə bağlı cinayət işi üzrə 159 nəfər barəsində ittiham aktı hazırlanıb. Onlardan 92-si ABŞ, 67-si isə İsrail vətəndaşıdır. İranın “Tasnim” agentliyinin məlumatına görə, bunu ölkənin Məhkəmə-Hüquq Sisteminin sözçüsü Seyid Əli Kazemi açıqlayıb. Kazemi bildirib ki, prokurorluq mərhələsində aparılan araşdırmalar və hüquqi prosedurlar başa çatdıqdan sonra təqsirləndirilən şəxslər barəsində ittiham aktı tərtib olunaraq iş baxılması üçün İslam İnqilabı Məhkəməsinə göndərilib. Onun sözlərinə görə, məhkəmə araşdırması təkcə Əli Xameneinin deyil, ailə üzvlərinin öldürülməsi ilə bağlı epizodları da əhatə edir. Sözçü qeyd edib ki, iş çərçivəsində Xameneinin gəlini Zəhra Həddad Adilin, qızı Seyid...
Dünya

Türkiyənin müxalifətyönlü “Sözcü TV”sinə polis əməliyyatı: İdarəçilik dövlət nəzarətinə verilib

17 noyabr 2026

sosial media

Noyabrın 17-də İstanbulda müxalifətyönlü “Sözcü TV”nin ofisində polis əməliyyatı keçirilib. İstanbul Baş Prokurorluğunun məlumatına görə, telekanalın və onun xəbər saytının idarəçiliyi dövlət fonduna həvalə olunub. Əməliyyat təxminən 10 il əvvəl başlanmış istintaq çərçivəsində keçirilib. İstintaq “Sözcü” Media Qrupunun sahibi Burak Akbayın ABŞ-də yaşayan mərhum din xadimi Fətullah Gülənin şəbəkəsi ilə mümkün əlaqələrinə dair iddialarla bağlıdır. Türkiyə hakimiyyəti Güləni 2016-cı ildəki uğursuz dövlət çevrilişi cəhdinin təşkilində ittiham edirdi. Prokurorluq Akbayın xaricdəki bank hesabları vasitəsilə “Estetik Yayıncılık AŞ” və “Mega Ajans və Reklamcılık Ticaret AŞ” şirkətlərini maliyyələşdirdiyini, bununla da FETÖ/PDY kimi tanınan şəbəkənin media strukturundakı fəaliyyətini davam etdirdiyini iddia edib. Açıqlamaya əsasən,...

Seçilmiş Videolar

Toplum TV loqo