Peskov: “Avropa liderləri müharibə ilə bağlı danışıqlarda özlərinə yer axtarırlar”
sosial media
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa liderlərinin Ukrayna ilə bağlı danışıqlara qatılmaq istədiyini, lakin hazırkı mövqeləri ilə mühüm rol oynaya bilməyəcəyini deyib.
Peskov bu barədə Rusiyanın yerli telekanalına müsahibəsində danışıb.
“Avropa liderləri baş verənlərə kifayət qədər qısqanclıqla yanaşır və bu prosesdə özlərinə yer axtarırlar”, - Kremlin sözçüsü bildirib.
Peskov Avropa ölkələrinin mövqeyini “açıq şəkildə qeyri-sülhpərvər” adlandırıb. Onun sözlərinə görə, Avropa liderləri Rusiyaya “strateji məğlubiyyət” yaşatmaq niyyətlərini nümayiş etdirməyə və Moskvaya təzyiq göstərməyə davam edirlər.
“Belə bir mövqe ilə hansısa əhəmiyyətli yerə iddia etmək çətindir”, - Peskov əlavə edib.
Ukrayna müharibəsinin dayandırılması ilə bağlı son diplomatik təmaslar noyabrın 10-11-də Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən üçtərəfli danışıqlarla davam edib. Tərəflər əsirlərin mübadiləsi ilə bağlı prinsipial razılıq əldə etsələr də, atəşkəs və ərazi məsələlərində ciddi irəliləyiş olmayıb.
Daha sonra ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb, ardınca Ukrayna və Avropa nümayəndələri ilə təmaslar aparıblar. Avropa ölkələrinin növbəti danışıqlara qoşulmasına isə Moskva hələ razılıq verməyib. Rusiya tərəfi bildirib ki, danışıqların genişləndirilməsi üçün Avropanın sülh prosesinə konstruktiv töhfə verməyə hazır olduğunu göstərən aydın mövqe gözləyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycanda QHT-lərin fəaliyyətinin dayandırılması üçün yeni qaydalar təklif olunur
sosial media
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”