Siyasət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi ilə bağlı layihə ilk oxunuşda qəbul edilib

17 noyabr, 2026
24

sosial media

Azərbaycanda qısamüddətli əmək müqaviləsi ilə və ya natamam iş vaxtında çalışan bəzi şəxslər üçün saatlıq əməkhaqqı sistemi tətbiq edilə bilər.
APA-nın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər noyabrın 17-də Milli Məclisin iclasında müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, saatlıq əməkhaqqı Nazirlər Kabinetinin müəyyən edəcəyi iqtisadi fəaliyyət sahələrində, əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda tətbiq olunacaq. Bu siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur.

İqtisadi fəaliyyət sahəsindən asılı olmayaraq, həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edilən işçilər üçün də saatlıq əməkhaqqı sistemi tətbiq edilə bilər.

Dəyişikliklərə görə, saatlıq əməkhaqqı ilə işləyən şəxsin hər iş saatına görə aldığı ödəniş minimum saatlıq əməkhaqqından aşağı ola bilməz. İşçinin gündəlik iş vaxtı bir saatdan az olduqda belə, ödəniş minimum bir saatlıq əməkhaqqı əsasında hesablanmalıdır. Növbəti iş saatının müddəti də bir saatdan az olarsa, həmin vaxt tam bir saat kimi nəzərə alınacaq.

Minimum saatlıq əməkhaqqının məbləğinin minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşından yüksək müəyyənləşdirilməsi təklif olunur. Məbləğ layihədə göstərilməyib.
Büdcədən maliyyələşdirilən müəssisələrdə də əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu halda saatlıq əməkhaqqı tətbiq edilə biləcək.

Layihədə natamam iş vaxtı ilə çalışan və aylıq əməkhaqqı alan şəxslər üçün də təminat nəzərdə tutulur. Onların maaşı işlədikləri vaxta mütənasib olaraq hesablanan minimum aylıq əməkhaqqından aşağı olmamalıdır.

Ekspertlər hesab edirlər ki, saatlıq ödəniş mexanizmi yalnız minimum məbləğ əməkçinin normal yaşayışını təmin edəcək səviyyədə müəyyən olunarsa, onun hüquqlarını gücləndirə bilər. Əks halda, işəgötürənlərin tam ştatlı iş yerlərini daha az saatlı müqavilələrə bölməsi və əmək xərclərinə qənaət etməsi riski yarana bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Məhkəmə Anar Məmmədli və Anar Abdullanın işini yenidən araşdırmaqdan imtina edib

17 noyabr 2026

sosial media

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə 13, ictimai fəal Anar Abdullaya isə 12 il həbs cəzası verilməsi ilə bağlı hökmdən təqdim olunmuş apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılacaq. “Azadlıq Radiosu” yazır ki, bu barədə qərarı Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrlik etdiyi kollegiya verib. Təqsirləndirilən fəallar və onların vəkilləri isə məhkəmə istintaqının aparılmasını, bir sıra məsələlərin araşdırılmasını tələb ediblər. Anar Abdullanın vəkili Günay İsmayılova noyabrın 16-da keçirilən iclasda bildirib ki, müvəkkilinin təqsirini təsdiqləyən sübut yoxdur. “Hüquqlarını müdafiə etdiyim şəxsin adı heç yerdə keçmir. Birinci instansiya məhkəməsində dindirilən şahidlərin heç biri onun əleyhinə ifadə verməyib. Konkret...
Siyasət

AİHM Azərbaycanda polis bölməsində qısamüddətli saxlanılmanı hüquq pozuntusu sayıb

17 noyabr 2026

Toplum TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı qəbul etdiyi qərarda üç şəxsin polis bölməsində təxminən iki saat saxlanılmasını qanunsuz azadlıqdan məhrumetmə kimi qiymətləndirib. Vəkil Fariz Namazlının məlumatına görə, qərar Bakıda keçirilən iki ayrı dinc aksiyada iştirak etdiklərinə görə polis tərəfindən saxlanılan ictimai fəallar İdris Əmiraslan, Əziz Məmiyev və siyasətçi Tofiq Yaqublunun şikayəti əsasında qəbul edilib. İdris Əmiraslan və Əziz Məmiyev 15 dekabr 2021-ci ildə Bakının Fəvvarələr meydanında etiraz aksiyasında iştirak etdiklərinə görə saxlanılıblar. Tofiq Yaqublu isə 11 noyabr 2022-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təşkil edilən aksiyada saxlanılıb. AİHM-in qərarında hər iki...

Seçilmiş Videolar

Toplum TV loqo