İqtisadiyyat

SOCAR-dan benzinin bahalaşması ilə bağlı açıqlama 

16 Sentyabr, 2021
2357

SOCAR Trading

““Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət həftədə bir neçə dəfə dəyişir. Qiymətlər həm qalxır, həm də düşür. Ötən il "Aİ-95" markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü.  Sonra isə tədricən artmağa başladı. Qiymətin düşməsinin və artmasının səbəbi əsasən dünya bazarlarında neftin və neft məhsullarına bağlıdır”.

Bunu sentyabrın 16-da SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "İctimai TV"-nin efirində benzin qiymətlərinin bahalaşmasını şərh edərkən bildirib. "Qafqazinfo"-nun məlumatında bildirilir. 

İbrahim Əhmədovun sözlərinə görə, Azərbaycanda ümumi yanacaq istehlakına baxanda, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi dizel və “Aİ-92” markalı benzinin üzərinə düşür: 

"Bu yanacaq növləri ölkə daxilində istehsal olunur. Dizelin hətta bir hissəsi də ixrac olunur. “Aİ-95” və “Premium” markalı benzini istehlakı isə cəmi 2 faizdir. Amma tədricən "Premium" və "Super" markalı benzinin növlərinin də istehsalı artmaqdadır. Çünki ölkəyə idxal edilən bir çox avtomobillər məhz bu markalı benzin üçün nəzərdə tutulub. 

"Premium" və "süper" markalı benzin orta və nisbətən zəngin insanlar tərəfindən istifadə olunur. Məhz ona görə də onların sayı nisbətən azdır. 

Bu markalı benzinə alternativlər elektromobillər hesab edilir. "Premium" markalı benzin kimin üçün isə bahalı hesab edilirsə, zənnimcə, onlar bu avtomobillərə keçə bilərlər”.

SOCAR rəsmisinin sözlərinə görə, Azərbaycanda bir sıra şirkətlər özləri benzini idxal etmirlər:

“SOCAR onlara benzini topdansatış qiyməti ilə satır. Burada cüzi fərq ola bilər. Onlar da təxminən eyni qiymətə alıcıya satırlar. Sövdələşmə ilə bağlı məsələlərə SOCAR səlahiyyətli deyil. Buna aidiyyəti qurumlar cavab verə bilər. Müxtəlif ölkələrdə SOCAR yanacaq satışını pərakəndə şəkildə həyata keçirir. Həmin ölkələrdə dövlət qurumları SOCAR-a və başqa bazar iştirakçılarına qarşı iddialar qaldıra bilərlər. İddialara şirkət etiraz edə bilər, məhkəməyə gedə bilər. Ali Məhkəmənin qərarı artıq hökm olur. Azərbaycan da hüquqi dövlətdir. Burada dövlət hansı qərarı çıxaracaqsa, SOCAR da o qərarı qəbul etmiş olacaq”.

 İbrahim Əhmədov bildirib ki, gələcəkdə "Premium" markalı benzin də ölkə daxilində istehsal olunacaq: “2022 və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun dizelin və benzinin istehsalına nail olacağıq. İlk dövrlərdə "Aİ-92" markalı və "Aİ-95" markalı benzin "Avro 5" standartına uyğun istehsal olunacaq”.

Sentyabrın 15-dən “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN-ə qalxıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

“Azercell”ə qarşı boykot kampaniyası başlayıb

3 İyun 2025

Foto: sosial media

“Azercell” istifadəçiləri şirkətə qarşı boykot kampaniyası başladıb.  Buna səbəb şirkətin iyunun 2-də mobil nömrələrin aktiv qalma müddətini azaltmaqla bağlı qərarı olub.  Qərara əsasən, iyulun 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndikdə nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə nömrəni aktiv saxlamaq üçün isə 1 - 1,99 manat arası məbləğ yükləmək lazım olacaq.  Hazırda qüvvədə olan tarifə əsasən isə, nömrəyə 1 - 1,99 manat yüklədikdə o, 5 gün aktiv qala bilir.  Yeni qərarla nömrəni 2 gün aktiv saxlamaq üçün 2 - 2,99 manat, 3 gün üçün isə  3 - 4,99 manat yükləmək lazım olacaq....
İqtisadiyyat

Azərbaycanda bütün gəlirlərin 14%-i ən zəngin 1%-ə çatır

31 May 2025

Foto: açıq mənbədən götürülüb

“Azərbaycanda gəlir bərabərsizliyi getdikcə dərinləşir” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2025-ci il üzrə İnsan İnkişafı Hesabatında Azərbaycanda gəlir bölgüsü ilə bağlı maraqlı bir məlumat yer alıb.  Sənədə görə, əhalinin əhalinin əldə etdiyi bütün gəlirlərin 14 faizi ən zəngin 1 faiz əhali qurupuna çatır.  Bu rəqəmin nə dərəcədə reallığı əks etdirməsi ayrıca müzakirə və araşdırma mövzusudur.  Lakin məsələni maraqlı edən əsas məqam budur ki, Azərbaycanın rəsmi statistik hesabatlarından heç birində ölkədə sərvət və gəlir bərabərsizliyi ilə bağlı məlumatlar mövcud deyil.  BMT-nin bu göstəricini haradan əldə etdiyi xeyli diqqət cəlb edir. Hesabata görə, həmin göstərici Rusiyada 24 faiz, Qazaxıstan və Ermənistanda 15 faiz,...

Seçilmiş Videolar

Toplum TV loqo