Manşet

Jurnalist: “Telefonların dinlənilməsi dövlət adına rəzalətdir”

20 İyul, 2021
3127

Ramin Deko - Arqument.az

"Siyahıdakıların yarısını dinləməyin, ya da izləməyin hansı əhəmiyyəti ola bilər ki?"

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu "Toplum TV"-yə açıqlamasında belə deyib.

İyulun 18-də Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai fəalların telefonlarının izlənməsinə dair yeni dəlillər əldə edib.

Araşdırmada deyilir ki, Azərbaycan, jurnalistlərinə qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə edib.

Sızdırlan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanır.

Siyahıda araşdırmaçı jurnalist Xədicə İsmayıl, jurnalist Sevinc Vaqifqızı, Aynur Elgünəş, Arif Raufoğu, Vüsalə Mahirqızı, Aynur Camal, Eynulla Fətullayev, Mirşahin Ağayev və başqa media nümayəndələrinin adı var.

Araşdırma bir neçə gündür sosial mediada geniş müzakirələrə yol açmaqla yanaşı, eyni zamanda hökümət səviyyəsində tənqid edilib.

"İzlənilənlərin siyahısında mənim də adım var. Təəccüblü deyil, həmişə dinləndiliyimizi bilirdik. Kamera funksiyası təkmilləməmiş dövrdən telefonları dinləyirdilər. Bəzən bunu hiss edirdik, kimləsə danışanda telefondakı nasazlıq, siqnal səsləri, danışan yerdə tez-tez kəsilmələr və.s Hətta dostlarla öz aramızda zarafatlaşırdıq. Amma “Pegasus” məsələsi çox ciddi olaydı. Məlum oldu ki, bizim nəinki danışıqlarımız, yazışmalarımız, telefondakı şəkil, videolar götürülüb, hətta telefonun yanındadırsa ətrafda baş verən hər şey qeydə alınır. Yəni izlənilənlərin təkcə özü yox, həm də yaxınların, ətrafdakı hər kəsin özəl həyatına müdaxilə olub. Bu isə dövlət adına çox biabırçı olaydı. Rəzalətdi, sadəcə", - jurnalist Ramin Deko baş verənlərə belə münasibət bildirib.

Ramin Dekodan fərqli olaraq bu cür fikirləşməyənlər də var.

Məsələn, "Yeni Müsavat"ın rəhbəri Rauf Arifoğlu indiki mərhələdə bu iddiaların arxasındakı məlumatları öyrənməklə məşğul olduğunu açıqlayıb: "Bu, qlobal bir məsələdir, Azərbaycan burada kiçik bir fraqmentdir. İddialara görə, “CNN”, “The New York Times” və “Al Jazeera”nin jurnalistləri də nəzarət altında olublar. Dövlət başçıları, Hindistan hökumətinin 2 naziri...
Hətta iddia olunur ki, Azərbaycanın da 8 yüksək vəzifəli məmurunun telefonları izləmə altında olub...
Bu məqamda bildirim ki, İsrail bu texnologiyanı bir zamanlar Fələstin fəallarını izləmək, onları nəzarətdə saxlamaq üçün yaradıb. Sonra bu vasitəyə böyük tələbat olduğu ortaya çıxıb. Bundan sonra “NSO” bütün dünyada fəaliyyətini genişləndirməyə başlayıb. Bu texnologiyanı alan dövlətlər satınalmanı onunla əsaslandırıblar ki, ərazilərində terroristlər fəaliyyət göstərir, onlara qarşı istifadə olunacaq..."

Rauf Arifoğlu - Sosial media



R.Arifoğlu həmçinin bildirib ki, siyasi fəallar və jurnalistlərin yer aldığı siyahıda 70-dən çox şəxsin adı olduğu halda Azərbaycan fraqmenti ilə bağlı iddiaların ciddiliyinə şübhə edir: "Orada ən azı siyahıdakıların yarısını dinləməyin, ya da izləməyin hansı əhəmiyyəti ola bilər ki? Bu məsələ ilə bağlı ölkənin xüsusi xidmət orqanlarının rəhbər heyətinə aid şəxslərlə qeyri -rəsmi məsləhətləşmə aparıb, onların məsələyə münasibətini öyrənmişik".

Media qrupunun rəhbəri həmçinin adıçəkilən şirkət və Azərbaycan xüsusi xidmət orqanlarının rəyini vurğulayaraq, bu məsələyə birmənalı yanaşmadığını da söyləyib.

"Lakin ortada dəmir məntiq var: niyə Azərbaycanın izlədiyi telefonlar arasında Qarabağdakı terroristlərin, Robert Köçəryanın, yaxud, Sərkisyanın, indiki Ermənistan rəhbərliyindən heç kimin telefonları, kompüterləri yoxdur? Əgər Fransadakı müxalif jurnalisti "Pegasus"la izləmək mümkündürsə, İrəvandakı Roberti niyə izləmək mümkün olmasın?
Suallar çoxdur. Onlardan da bəzilərini bu gün mənə özəl mesajla Miranda Patrucic - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Layihəsinin əməkdaşı (OCCRP baş redaktor müavini) verib.

O yazır ki, mənim telefonum Azərbaycan hakimiyyəti tərəfindən izlənilib və bununla bağlı mənə əməkdaşlıq təklif edir. Sabah bu istiqamətdə həmin instansiya ilə əlaqə saxlamağa çalışacağam.

Məhkəməyə isə o zaman müraciət edəcəm ki, bu iddialar sübut olunsun",- R.Arifoğlu açıqlamasında belə deyib.

"Bu hadisə ciddi hüquqi skandaldır", - media eksperti Ələsgər Məmmədli belə deyir.

Ələsgər Məmmədli - Sosial media



Onun sözlərinə görə, ölkəni idarə edənlər dövlət vəsaitini qanunauyğun, yəni hüquq çərçivəsində xərcləməlidir: “Qanunvericiliyə görə, şübhəli şəxs müəyyən olunursa texniki təbiqə məruz qalması nəzərdə tutulursa bu, məhkəmə qaydasında aparıla bilər. Məhkəmə qərarı olduğu halda şübhəli şəxs izlənilir. Şübhə boş çıxdığı halda iş bağlanır və şəxsin özünə də məlumat verilir.İndiki halda baş verənlər qanunsuz olmaqla yanaşı, hüquqi nihilizmdir. Çünki səlahiyyətli şəxslərin heç bir səbəb, cinayət, hüquqi əsas olmadan siyahı tərtib edərək insanları izləməsi böyük cinayət əməlidir".

Hüquqşünasın deyir ki, Konsitutsiyanın 32-ci maddəsi şəxsin özünün razılığı olmadan izlənməsini qəbul etmir, qadağan edir. 68 -ci maddədə isə dövlət, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıdığı deyilir. Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata müdaxiləni cinayət hesab edir. 155-ci maddəyə görə, qanunsuz telefon danışıqlarını dinləmək cinayət məsuliyyəti yaradır”.

Ə.Məmmədlinin fikrincə, hətta insanların şəxsi məlumatları yayılmasa belə, adlar olan siyahının qeyri legitim bandaya verilməsi birbaşa hüquqi məsuliyyət yaradır: "Bununla bağlı hökumət dərhal aydınlaşdırıcı hesabat verməli, məsul şəxslərin məsuliyyətini ortaya qoymalıdır. Baş verən sadə məsələ deyil, cəmiyyəti sirkələyən və dövlətə qarşı etimadsızlıq yaradan bir skandaldır".

Bəs Azərbaycan reallığında bu nə dərəcədə mümkündür?

Ə.Məmmədli siyahıdakıların heç də təsadüfi şəxslər olmadığını söyləyir: "Əminliklə demək olar ki, bu siyahı göydən düşməyib, əvvəldən mövcud olub. Adları siyahıda olan şəxsləri tanıyırıq və bilirik ki, onlar ictimai-siyasi fəallıq göstərən insanlardır. Onlar narkotik satmır, hansısa cinayət törətmir ki, kütləvi şəkildə təqibə alına. Bu səbəbdən onlar daxildə hökümətə qarşı məhkəmə mübahisəsi başlatmalıdır. Eyni zamanda mümkün qədər proqramı yazan İsrail şirkətinə də mübahisə açmanın yollarını araşdırmaq lazımdır ki, həm daxildə, həm də xaricdə hər şey hüquqi həllini tapsın. Eyni zamanda, buna göz yumanlar bir daha düşünsün və bir daha belə bir əməl törədilməsin".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo