Multimedia

Əvəz Zeynallının həbsi onun jurnalist fəaliyyəti ilə bağlıdır - Aqil Layic

27 Sentyabr, 2022
2132

“Xural TV”nin baş redaktoru Əvəz Zeynallının 26 sentyabrda Bakı Apellyasiya Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.   

Qədim Babayevin sədrliyi ilə keçirilən məhkəmədə Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin olunmayıb Onun vəkili Aqil Layic deyir ki, bundan sonrakı addım Avropa Məhkəməsinə verməkdir.  

Əvəz Zeynallının xanımı Məlahət Zeynallı həyat yoldaşının təqsirsiz olduğuna inanır.  

Jurnalist Əvəz Zeynallı sentyabrın 10-dan 11-nə keçən gecə saxlanılıb. O "Baku Steel Company"-nin sabiq rəhbəri, həbs olunmuş iş adamı Rasim Məmmədovun ailəsindən hədə-qorxu yoluyla rüşvət almaqda təqsirləndirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo