Multimedia

Mətbuat Şurasının qalmaqallı qurultayı

26 Sentyabr, 2022
2075

250-ə yaxın jurnalist, QHT təmsilçilərinin iştirakı ilə Azərbaycan Jurnalistlərinin 8-ci qurultayı keçirilib.  

Qurultay maraqlı çıxışlarla başlayıb, hətta mübahisələr də düşüb. 

Qurultayın 2-ci hissəsində Mətbuat Şurasının İdarə Heyətinə seçkilər keçirilib. Seçki prosesi zamanı pozuntu halları qeydə alınıb.  
  
Yekunda 152 səslə 525-ci qəzetin rəhbəri Rəşad Məcid Mətbuat Şurasının sədri olub.  
 
Rəşad Məcid müxbirimizin "Ölkədə jurnalistlər siyasi motivlərlə həbs olunub, saytlar bloklanıb. Nə düşünürsünüz, MŞ-da bu məsələlərin həlli ilə bağlı addımlar atılacaqmı?" sualına cavab olaraq bu şəxsləri "jurnalistikaya iddialı olan şəxslər" adlandırıb. 

Azərbaycanda Mətbuat Şurası 2003-cü ildə yaradılıb. Müstəqil mətbuat nümayəndələri sonralar bu qurumun tərkibində təmsil olunmaqdan imtina edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo