Məhkəmə

Məhkəmə siyasi məhbus ailələrinin Tolikə qarşı qaldırdığı şikayəti icraata götürməyib

10 İyul, 2025
43

Foto: oxu.az

İyulun 10-da Nərimanov Rayon Məhkəməsində siyasi məhbus ailələrinin Tolikə (Tarix Əliyev) qarşı  qaldırdğı şikayət əsasında məhkəmə prosesi baş tutub.

Kamal Babayevin başçılıq etdiyi hakimlər kollegiyası siyasi məhbus ailələrinin şikayətini icraata götürməkdən imtina edib.

Vəkil Zibeydə Sadıqova  “Time TV”-yə bildirib ki, buna səbəb məhkəməyə təqdim olunan video diskdə T.Əliyevin “nalayiq ifadələri” olan hissənin silinmiş olmasıdır.

Vəkil videogörüntünün hansı şəkildə və niyə kəsildiyinin izahını verməkdə çətinlik çəkdiyini qeyd edib.

Zibeydə Sadıqova bununla bağlı məhkəməyə yenidən müraciət edəcəklərini deyib.

Hazırda həbsdə olan inanclı Bəxtiyar Babaşovun həyat yoldaşı, jurnalist, Arzu Abdulla hələ ötən ay bildirmişdi ki, Tarix Əliyevə qarşı məhkəməyə müraciət edən məhbus ailələrinin sayı hazırda 78 nəfərə çatıb:

“Biz artıq Toliklə bağlı məhkəməyə müraciət etmişik. Onun sosial şəbəkədə qoşulduğu bir söhbətdə məhbus ailələrini təhqir etməsi təkcə məhbus ailələrinin deyil, bütün ləyaqətli insanların qəzəbinə səbəb olub. Biz konstitusiyon ölkədə yaşayırıq və bu kimi xoşagəlməz halların qanun çərçivəsində həll edilməsinə çalışırıq. Eyni zamanda, Tolik cəzalandırılmayana qədər biz mübarizəmizi davam etdirəcəyik”.

Tarix Əliyev ötən ay “Tiktok” sosial şəbəkəsində canlı yayımlardan birində beynəxalq təşkilatlar və hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin ailələrini təhqir edib, onlar haqda qeyri-etik ifadələrdən istifadə etmişdi.

Bu da ictimai müzakirələrə və siyasi məhbus kimi tanınan şəxslərin ailələrinin narazılığına səbəb olmuşdu.
Bundan sonra bir qrup məhbus ailəsi Tarix Əliyevi məhkəməyə vermişdi.

Aardınca siyasi məhbus kimi tanınan bir sıra jurnalist anaları bəyanat yaymışdılar.

Bəyanatda bildirilir ki, “Tolik” Azərbaycan cəmiyyətində hakimiyyətin qeyri-rəsmi təbliğat simalarından biri kimi çıxış edir və iqtidarın mesajını televiziya üzərindən cəmiyyətə ötürür. 

“Biz, cəmiyyətə bu qədər geniş çıxış imtiyazı ilə təmin olunan bu şəxsin siyasi məhbus ailələrinin ünvanına təhqirlər işlətməsini təsadüfi saymamaqla birlikdə, bu davranışı siyasi hakimiyyətin ona verdiyi direktivlərin tərkib hissəsi olaraq həyata keçirilmiş hücum kimi dəyərləndiririk. Bu səbəbdən, həm Tarix Əliyevi, həm də onun vasitəsilə cəmiyyətə nifrət ritorikası aşılayan siyasi hakimiyyəti bu hadisədə məsuliyyət daşıyan tərəflər kimi tanıyırıq”, - bəyanatda deyilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“QHT işi” üzrə həbs olunanların qətimkan müddəti uzadılıb

9 İyul 2025

Foto: sosial media

"Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpayın (Məmmədzadə) və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının barələrində seçilmiş həbs qətimkan tədbiri uzadılıb. APA-nın xəbərinə görə, iyulun 9-da bu barədə Binəqədi Rayon Məhkəməsində ayrı-ayrılıqda keçirilən proseslərdə istintaq orqanının təqdimatlarına baxılıb. Məhkəmə təqdimatları təmin edib və hər iki şəxs barəsində qüvvədə olan həbs qətimkan tədbirləri 3 ay müddətinə uzadılıb. Süleymanlı və Məmməd Alpay bu iş üzrə martın 14-də həbs olunublar. ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub, istintaq müddəti ərzində polis nəzarətinə verilib. Eyni cinayət işi üzrə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs...
Məhkəmə

16 gündür aclıq edən Hacı Vəliyevin səhhətinin pisləşdiyi deyilir

7 İyul 2025

Foto: sosial media

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı və"Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə onun hüquqlarını müdafiə edən “Facebook” səhifəsində məlumat verilib.  Məlumatda deyilir ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib. Onun danışmaqda çətinlik çəkdiyi də qeyd edilir.  Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini bildirmişdilər.  Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.  O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...

Seçilmiş Videolar

Toplum TV loqo