Ölkə

Təcridxanada narkotik istifadəçilərinin müalicəsiz saxlanıldığı deyilir

10 İyul, 2025
43

Foto: VOA

Bakı İstintaq Təcridxanasına gətirilən narkotik asılılığı olan şəxslərin Narkoloji Dispanserdə hər hansı müalicə almadan birbaşa təcridxanaya köçürüldüyü deyilir.

Anonim mənbədən Toplum TV-yə daxil olan məlumata görə, illərlə narkotik asılılığı olan şəxslər cəmi bir gün ərzində qapalı şəraitə salınır və tibbi yardımsız qalırlar. 

“Müalicə ala bilməyən məhbuslar yeganə çıxış yolu kimi damarlarına adi sistemlər vurdurur, ağrıkəsici və yuxu dərmanlarından istifadə edirlər. Dərmanların təsir etmədiyi hallarda isə məhbuslar “çifir” – çaydan hazırlanmış, daha tünd və təsirli içki – qəbul edirlər”, - məktubdan qeyd olunur.

Şikayətdə o da vurğulanır ki, bu cür yanaşma nəticəsində məhbusların qara ciyəri sıradan çıxır və sağlamlıq vəziyyətləri daha da ağırlaşır.

Bəs, qanunvericilik nə deyir? 

Vəkil Fariz Namazlı deyir ki, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 22.2-ci bəndinə görə, şəxslər həbs yerlərinə qəbul edildiyi andan 24 saat ərzində həbs yerinin tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilirlər. 

“Müayinənin nəticələrinə dair müvafiq qeydiyyat aparılır.  Tibbi müayinə zamanı narkotik vasitələrdən, psixotrop maddələrdən, dərman preparatlarından və ya alkoqoldan sui-istifadə ilə əlaqədar absteniya əlamətlərinin müalicəsinə xüsusi əhəmiyyət verilir. Yəni burada müalicə aparılarkən artıq müalicə metodunu həkim müəyyən edir”, - deyə F.Namazlı qeyd edir.

Vəkilin sözlərinə görə, əgər şəxs hesab etsə ki, həkim tərəfindən aparılan müayinə və müalicə düzgün deyil, yəni o dispanserə yerləşdirilməli və orada müalicə almalıdır, bununla bağlı Ədliyyə nazirliyi Tibb baş idarəsinə müraciət edə bilər, bu müraciətə də baxılmasa məhkəməyə şikayət verə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Konstitusiya dəyişiklikləri Naxçıvanın suverenlik prinsiplərinə ziddir? - Təhlil

10 İyul 2025

Foto: sosial media

Bu il iyunun 21-də Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi barədə Konstitusiya Qanununun layihəsi birinci oxunuşda təsdiq edilib. Parlamentdə layihənin etirazsız və müzakirəsiz qarşılanmasından ehtimal etmək olar ki, sənəd digər oxunuşlardan da uğurlu keçərək qanuni qüvvəsini alacaq. “Tribunat” Naxçıvan Konstitusiyasına planlaşdırılan dəyişikliklərə nəzər yetirərək onların muxtar respublikanın statusuna olan təsirlərini təhlil edib. Təhlili təqdim edirik. Qanun layihəsi özündə Muxtar Respublikanın idarəetməsinə mühüm təsirləri ehtiva edən dəyişikliklərdən ibarətdir. Bu dəyişiklikləri bir neçə qrupa bölmək mümkündür: Konstitusiyanın mahiyyəti:  Konstitusiyadan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri haqqında məlumat çıxarılır. Bu beynəlxalq müqavilələr...
Ölkə

İran səfiri: “Xankəndi Kommünikesi” İranın mövqeyini əks etdirmir 

9 İyul 2025

Foto: Armenia News

İranın Ermənistandakı səfiri Mehdi Sobhani iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşündə qəbul olunan “Xankəndi Kommünikesi” sənədinin ölkəsinin rəsmi mövqeyini əks etdirmədiyini deyib.  O, “Armenpress” xəbər agentliyinə bildirib ki, İran İƏT sədrliyini həyata keçirən Azərbaycana sənədlə bağlı qeyd-şərtlərini yazılı formada təqdim edib.  Səfirin sözlərinə görə, sənəd üzv dövlətlərin yox, yalnız təşkilata sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini özündə əks etdirir.  “İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində qəbul edilmiş bəyanatla bağlı mövqeyimizi ifadə etdiyimiz kimi, bu kommunikenin bəzi müddəalarını, o cümlədən Ermənistan Respublikasına qarşı ərazi iddialarını təlqin edən saxta anlayışları da qəbul etmirik’, - Sobhani deyib.  Onun...

Seçilmiş Videolar

Toplum TV loqo