Manşet

Əliyevin qızları Bodrumda 500 milyon avroluq otel sərmayəsi qoyub

29 İyul, 2025
117

Foto: Getty Images

Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaların Türkiyədə bir otelə 500 milyon avro investisiya yatırdığı bildirilir. 

Türkiyənin “Sözcü” qəzetinin xəbərinə görə, Əliyevaların səhmdarları olduğu “Pasha Holding” şirkəti Bodrum bölgəsində yerləşən beşulduzlu “Mandarin Oriental Bodrum” kurort kompleksinin səhmlərinin 50 %-ni əldə edib. 

Qeyd olunur ki, “ASTAŞ” şirkətinin İdarə Heyətinin sədri Vedat Aşçı ilə “Paşa Holdinq”in baş icraçı direktoru Cəlal Qasımovun ötən il imzaladığı şəriklik müqaviləsilə satınalma həyata keçirilib. 

“Belə uğurlu bir layihənin sərmayəçisi olmaqdan qürur duyuram. Bodrumun dünya “jet-set” məkanları arasında yer almasına ciddi töhfə verdik. “Pasha Holding” ilə qurduğumuz bu gözəl ortaqlığın bizə verdiyi sevinclə yanaşı, ölkəmizə və Bodruma böyük dəyər qatacağına inanıram və bu əməkdaşlığın bütün tərəflərə və turizm sektoruna xeyirli olmasını arzulayıram,” – Aşçı həmin vaxt bildirib.

2014-cü ildə inşa olunan kompleksin 132 villadan ibarət olduğu bildirilir. Onların hər biri 8-15 milyon avro aralığında dəyərləndirilir. 

Xəbər Türkiyə ictimaiyyətində müzakirəyə səbəb olub. 

Türkiyəli jurnalist Cüneyt Özdemir “YouTube” kanalındakı verilişində xəbərə münasibət bildirərək Əliyevin qızlarında 500 milyon avronun “haradan olduğunu” sual edib. 

“Fikir verirsinizsə, heç kim bu mövzuya girmir. Qoy biz də girməyək. Yəqin, Azərbaycanda prezident yaxşı maaş alıb, pul yığıb lüks otelin 50%-nə şərik çıxa bilir. Mən Azərbaycan xalqının bu cür rifah içərisində yaşamasına, məmurlarına dəyər verməsinə sevindim”, - deyə jurnalist ironiya ilə bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

9 beynəlxalq təşkilat “Abzas”çılara qarşı pis rəftarı pisləyib 

29 İyul 2025

Foto: Abzas Media

9 beynəlxalq media təşkilatı həbsdə olan “Abzas Media” jurnalistlərinə qarşı pis rəftarı pisləyən bəyanat yayıb.  İyulun 29-da yayımlanan birgə bəyanatda təşkilatlar jurnalistlərə qarşı “artmaqda olan pis rəftardan dərin narahatlıq” keçirdiklərini bildiriblər və Azərbaycan hakimiyyətini insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıblar.  “Biz tələb edirik ki, hakimiyyət orqanları saxlanma şəraitinin insan ləyaqətinə uyğun və humanist olmasını təmin etsin, dərhal tibbi yardıma və hüquqi yardıma çıxışı mümkün etsin və Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etsin”, - deyə qeyd olunub.  Təşkilatlar həbsdə aclıq edən “Abzas Media” direktoru Ülvi Həsənlinin “qəbuledilməz şərtlərdə” saxlanıldığını, Umbakı həbsxanasında ona təmiz paltar verilmədiyini, habelə təcridxana işçiləri...
Manşet

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırıldı

29 İyul 2025

Foto: Unicef

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı fəaliyyəti dayandırıldı. Xarici İşlər Nazirlyinin (XİN) məlumatına görə, bu münasibətlə nazir Ceyhun Bayramovla UNICEF-in Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı qəbul edib. Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb. Dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyyət göstərirdi. Azərbaycanda son dövrlərdə bəzi beynəlxalq təşkilatların fəaliyyəti məhdudlaşdırılıb. Bu ilin martında “Caliber.az” yazırdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə əməkdaşlıq formatına yenidən baxılması zərurəti ilə...

Seçilmiş Videolar

Toplum TV loqo