Foto: açıq mənbə
Prezident İlham Əliyev süni adalarda kazino oyunlarının təşkili və keçirilməsinə icazə verən dəyişikliyi təsdiqləyib.
Bu barədə iyulun 29-da prezidentin mətbuat xidməti məlumat yayıb.
Sənəddə qeyd olunur ki, Nazirlər Kabinetinə kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun qəbul edilib.
Qanun süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur.
Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş prezident Heydər Əliyevin sərəncamı ilə qadağan olunmuşdu.
2024-cü ilin oktyabrında Rusiya vətəndaşı olan əslən azərbaycanlı iş adamı və müğənni, prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov Nardaran qəsəbəsində tikdirdiyi “SeaBreeze” kurort kompleksində kazino açmaq istəyini səsləndirib.
O, rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində deyib ki, hökumət kazinoların qanuniləşdirilməsi ideyasını nəzərdən keçirir. Bu çıxışdan sonra hökumətyönlü media və deputatlar kazinoların qanuniləşdirilməsini əsaslandıran çıxışlar etməyə başlayıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AP
Foto: "Gündəlik Naxçıvan"
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?