Foto: VOA
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli həbs olunub.
İyulun 29-da Binəqədi Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında hakim Zamiq Bağırov hüquq müdafiəçisinin 4 aylıq azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.
Cəfərli Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) ittiham olunub.
Ona qarşı iddianı Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev qaldırıb.
İyulun 8-də keçirilən iclasda Cəfərli E.Əliyevin iddiası əsasında təqsirləndirilən şəxs kimi tanınmışdı.
Vəkilin iddiasına görə, Cəfərlinin rəhbərlik etdiyi İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin “Facebook” səhifəsində onun keçmiş müvəkkilinə istinadən yalan məlumat yayılıb.
Məlumatda vəkilin hazırda həbsdə olan müvəkkilindən 10 500 manat ödəniş aldığı, buna baxmayaraq söz verdiyi hüquqi müdafiəni etmədiyi və müvəkkilini hədələdiyi yazılıb.
Cəfərli isə deyir ki, sözügedən məlumat onun şəxsi mövqeyi deyil. O, işin icraata götürülməsinin Vəkillər Kollegiyasını tənqid etməsinə cavab olaraq, siyasi sifariş əsasında edildiyini düşünür.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Abgül Süleymanov 30 sutka həbs edilib