Foto: Reuters
İsrailin iki aparıcı insan haqları təşkilatı ölkəni Qəzzada fələstinlilərə qarşı soyqırımı törətməkdə ittiham edib.
Onlar bu iddianı irəli sürən ilk yerli təşkilatlar olublar.
Təşkilatlardan biri - “B’Tselem” iyulun 28-də dərc etdiyi hesabatda bildirib ki, İsrailin Qəzza zolağındakı “siyasətini və onun dəhşətli nəticələrini, eləcə də hücumun məqsədləri barədə İsrailin yüksək rütbəli siyasətçiləri və hərbi komandirlərinin bəyanatlarını araşdırdıqdan sonra bu qəti nəticəyə gəlib”.
“İsrail İnsan Hüquqları Uğrunda Həkimlər” təşkilatı isə bəyan edib ki, “B’Tselem”ə qoşularaq İsrailin Qəzzadakı hərəkətlərini soyqırım adlandırır. Təşkilat “Qəzzadakı səhiyyə sisteminin məqsədli və sistematik şəkildə məhv edilməsini” sənədləşdirən ayrıca hüquqi və tibbi təhlil dərc edib.
İsrailin Xarici İşlər Nazirliyi hesabatı rədd edərək onu “siyasi motivli” adlandırıb və ittihamları “ədəbsiz” və “əsassız” kimi qiymətləndirib. Nazirlik bildirib ki, İsrail yalnız Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasını hədəf alır və mülki əhalinin zərər görməməsi üçün “genişmiqyaslı tədbirlər” görür.
İyulun 28-də həm də İsrailin aparıcı beş universitetinin rektorları Baş nazir Benyamin Netanyahuya açıq məktub ünvanlayaraq Qəzzadakı böhranla bağlı narahatlıqlarını ifadə ediblər.
“İsrail ictimaiyyətinin getdikcə artan bir hissəsi ilə birlikdə, biz Qəzzadan hər gün yayımlanan dəhşətli görüntüləri şok içində izləyirik – aclıq və xəstəliklər ən müdafiəsiz insanların həyatını almaqda davam edir,” – deyə universitet rəhbərləri bildiriblər. Onlar əlavə ediblər ki, bəzi siyasətçilərin “Qəzzanın qəsdən məhv edilməsi və mülki əhalinin zorla köçürülməsi” çağırışları onları dəhşətə gətirib.
Yerli təşkilatlar İsraili yalnız indi soyqırımına görə qınasa da, beynəlxalq ictimaiyyət artıq uzun zamandır bu iddianı səsləndirir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Xüsusi Komitəsi ötən ilin noyabrında bəyan edib ki, İsrailin Qəzzadakı müharibə aparma tərzi “soyqırımının xüsusiyyətlərinə uyğundur” və bu xüsusiyyətlər arasında “kütləvi mülki itkilər və aclığın silah kimi istifadəsi də” var.
“Human Rights Watch” (HRW) ötən ilin dekabrında İsraili fələstinliləri adekvat su təminatından məhrum etməklə Qəzzada “soyqırım aktları törətməkdə” ittiham edib. Həmin dövrdə “Amnesty International” isə bəyan edib ki, ərazidə soyqırımının baş verdiyini göstərmək üçün “yetərli sübutlar” mövcuddur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: Getty Images
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?