Foto: Abzas Media
“Abzas Media”nın həbsdə olan qadın jurnalistləri keçirdikləri aclıq aksiyasını dayandırıblar.
“Abzas Media”nın xəbərinə görə, jurnalistlər Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova bu barədə iyulun 28-də məlumat veriblər.
Onlar aclıq aksiyasını səhhəti pisləşən valideynlərinə görə dayandırmalı olduqlarını bildiriblər.
“Hər birimizin valideyni ürək-damar problemlərindən əziyyət çəkir. Bizim aclıq dönəmimizdə onlar tez-tez xəstəxanaya müraciət etməli olublar. Onların səhhətini nəzərə alaraq aclığı dayandırırıq”, - deyə müraciətdə bildirilir.
Jurnalistlər, həmçinin, hələ də aclıq edən “Abzas Media” direktoru Ülvi Həsənlidən ürək xəstəliyi olan anasını nəzərə alaraq aclığı dayandırmasını xahiş ediblər.
Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib.
Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti 3 iyul tarixində təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin qərar hələ də icra olunmayıb.
Həsənliyə dəstək məqsədilə iyulun 22-də BİT-də saxlanılan "Abzas Media" jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova da aclığa başlayıblar.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sosial media
Ülviyyə Quliyeva (VOA)
“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”
Paşinyan: "Erməni soyqırımı ermənilərin beynəlxalq intriqalara cəlb olunmasının nəticəsi idi"
Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"
Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb
Ramil Babayev yazır: “Bakı İstintaq Təcridxanasında zorakılıq ayıdır”