Dünya

Rusiya Zaporojyedə cəzaçəkmə müəssisəsini vurub, 16 nəfər ölüb

29 İyul, 2025
154

Foto: Reuters

Rusiya hərbçiləri iyulun 29-na keçən gecə Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsinə zərbə endirib.

Nəticədə 16 nəfər ölüb, 35 nəfər yaralanıb. 

Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

İlkin məlumatlara görə, zərbələr idarə olunan aviabombalardan istifadə edilməklə həyata keçirilib.

"Zərərçəkənlərə bütün zəruri tibbi yardım göstərilir. Müəssisənin binaları dağıdılıb. Yaxınlıqdakı fərdi evlərə ziyan dəyib", - deyə o yazıb.

Prezident aparatının rəhbəri Andrey Yermak bəyan edib ki, “bu, rusların növbəti hərbi cinayətidir, onların qarşısı alınmasa, dayanmayacaqlar”.

Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Sinelnikov rayonundakı kəndə zərbələr endirmək üçün dronlardan da istifadə ediblər. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanğın söndürülərkən xilasedicilər yenidən xəsarət alıb, yanğınsöndürən maşın isə sıradan çıxıb.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Sinelnıkovov rayonunda bir neçə yaşayış məntəqəsi vurulub, hücum nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Beş fərdi yaşayış evi, inzibati bina, mağazalar, yanacaqdoldurma məntəqəsi və avtomobillərə ziyan dəyib.

Kamyanske şəhərinə endirilən raket zərbəsi nəticəsində şəhər xəstəxanasının üçmərtəbəli binasına, həmçinin doğum evinə ziyan dəyib. İki nəfər həlak olub, daha beş nəfər yaralanıb. "İki qadının vəziyyəti ağırdır. Onlardan biri hamilədir", - Lısak deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Hörmüz boğazını blokadaya almağı əmr edib

13 Aprel 2026

Açıq mənbə

ABŞ prezidenti Donald Tramp aprelin 12-də sosial media hesabında bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına dərhal blokada tətbiq etməyə başlayacaq. O, bu qərarı bir gün öncə ABŞ və İran arasında Pakistanda keçirilən sülh danışıqlarının razılaşma olmadan başa çatmasından sonra verib.  Trump İranı hədə-qorxu gəlməkdə günahlandırıb və bildirib ki, ABŞ ordusu Hörmüz boğazından keçmək üçün İrana rüsum ödəmiş gəmiləri beynəlxalq sularda izləyib saxlayacaq. O əlavə edib ki, ABŞ qüvvələri İranın boğaza yerləşdirdiyi dəniz minalarını təmizləməyə başlayacaq. ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hücumlara başlamasından sonra qlobal enerji bazarı üçün həyati əhəmiyyət daşıyan əsas keçid nöqtəsi olan Hörmüz boğazı...
Dünya

Moldova MDB-dən çıxıb

10 Aprel 2026

Açıq mənbə

Moldovanın prezidenti Maya Sandu Müstəqil Dövlətlər Birliyinin əsasını təşkil edən sazişlərin ləğvi barədə fərmanları imzalayıb. Moldova Avropa İttifaqı standartlarına uyğunlaşma çərçivəsində indiyədək təxminən 70 MDB sazişini ləğv edib.  Ölkənin təşkilatdan çıxma prosesinin başladığını yanvar ayında xarici işlər naziri Mixail Popşoy elan etmişdi.  Sazişlərin ləğvi prosesinin təşəbbüskarı Moldova Xarici İşlər Nazirliyi olub. Nazirlikdə vurğulanıb ki, MDB-nin fundamental dəyərləri və prinsipləri artıq yerinə yetirilmir, təşkilat isə öz mövcudluğunun mənasını itirib.  Moldovanın MDB-dən çıxması üçün əsas arqument kimi Rusiya tərəfindən qarşılıqlı ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınması prinsipinin kobud şəkildə pozulması göstərilib. Xüsusilə, Kişinyov Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini, Gürcüstana qarşı hərbi əməliyyatlarını...

Seçilmiş Videolar

Toplum TV loqo