Manşet

HƏMAS-ın hərbi liderinin ABŞ-nin atəşkəs planını rədd etdiyi deyilir

3 Oktyabr, 2025
162

Foto: açıq mənbə

HƏMAS-ın Qəzzadakı hərbi qanadının rəhbərinin ABŞ-nin yeni atəşkəs planı ilə razılaşmadığı deyilir.

“BBC”-nin məlumatına görə, İzzəddin əl-Həddad bu barədə onunla təmas quran vasitəçilərə bildirib.

İzzəddin əl-Həddad planın HƏMAS-ı zəiflətmək və aradan qaldırmaq məqsədi daşıdığını düşündüyü üçün mübarizəni davam etdirmək niyyətində olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək üçün irəli sürdüyü 20 maddəlik plan İsrail tərəfindən qəbul edilib. Sənəddə HƏMAS-ın silahsızlaşdırılması və Qəzzanın idarəçiliyində rol oynamamasına dair şərtlər yer alır.

Məlumata görə, HƏMAS-ın Qətərdəki bəzi siyasi rəhbərləri müəyyən dəyişikliklərlə planı qəbul etməyə açıqdır. Amma onların təsir imkanları məhduddur, çünki girovların taleyi hərbi qanadın əlindədir.

Hazırda HƏMAS-ın 48 nəfəri girov saxladığı güman edilir, onların yalnız 20 nəfərinin sağ olduğu ehtimal olunur. Planda bütün girovların ilk 72 saat ərzində azad edilməsi tələb olunur, bu isə onların yeganə təzyiq vasitəsindən imtina etmələri deməkdir.

Tramp İsrailin razılaşmaya əməl edəcəyinə zəmanət versə də, qrup daxilində etimadsızlıq davam edir. 

Xüsusilə də ötən ay İsrailin, ABŞ-nin mövqeyinə zidd olaraq, Dohada HƏMAS rəhbərliyinə hava zərbəsi ilə sui-qəsd cəhdindən sonra bu şübhələr daha da güclənib.

2023-cü ilin oktyabrından İsrailin Qəzzanı bombalaması ilə başlayan müharibə nəticəsində indiyə qədər 60,000-dən çox fələstinli öldürülüb. Onların 20,000-ə yaxını uşaqlardır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo