Manşet

İsrail Qəzzadakı 5 "Al-Jazeera" jurnalistini öldürüb

11 Avqust, 2025
65

Foto: Al Jazeera

İsrailin Qəzza zolağına hücumu nəticəsində "Al-Jazeera" telekanalının beş jurnalisti ölüb. 

Avqustun 10-u axşam saatlarında Qəzza şəhərindəki Əl-Şifa xəstəxanası yaxınlığındakı çadıra edilən hücumda ümumilikdə 7 nəfər öldürülüb. Onların arasında tanınmış "Al-Jazeera" müxbiri Ənəs Əl-Şərif və başqa dörd jurnalist də var. 

Əl-Şərif ölümündən az öncə “X” səhifəsində yazıb ki, İsrail Qəzza şəhərinin şərq və cənub hissələrinə qarşı “atəş kəmərləri” kimi tanınan intensiv bombardman həyata keçirib.

Onun son videosunda İsrailin intensiv raket zərbələrinin gurultulu səsləri eşidilir, qaranlıq səma isə narıncı işıq saçan partlayışla işıqlanır.

6 aprel tarixində yazılmış və onun ölümü halında dərc olunması üçün nəzərdə tutduğu son mesajında Əl-Şərif “ağrını bütün təfərrüatları ilə yaşadığını” və “dəfələrlə kədər və itki dadını hiss etdiyini” bildirib.

“Buna baxmayaraq, heç vaxt həqiqəti olduğu kimi, təhrif və saxtalaşdırma olmadan çatdırmaqdan çəkinmədim. Ümid edirdim ki, Allah susanlara, öldürülməyimizə razı olanlara və nəfəsimizi boğanlara şahid olacaq. Uşaqlarımızın və qadınlarımızın paramparça olmuş cəsədləri belə onların ürəyini yumşaltmadı və xalqımızın bir ildən artıq müddətdir məruz qaldığı qətliamı dayandırmadı”, - o qeyd edib. 
"Al-Jazeera" Media Şəbəkəsi qətlləri “mətbuat azadlığına qarşı daha bir açıq və əvvəlcədən planlaşdırılmış hücum” kimi qınayıb.

“Bu hücum, mülki əhalinin amansızcasına qətlə yetirildiyi, məcburi aclığa məruz qoyulduğu və bütöv icmaların məhv edildiyi Qəzzaya davam edən hücumun fəlakətli nəticələri fonunda baş verir,” – şəbəkə bildirib.

“Qəzzanın ən cəsur jurnalistlərindən biri olan Ənəs əl-Şərifin və həmkarlarının qətlə yetirilməsi əmri, Qəzzanın ələ keçirilməsi və işğalının yaxınlaşdığını ifşa edən səsləri susdurmaq üçün atılmış ümidsiz bir addımdır”, - deyə əlavə edilib. 

"Al-Jazeera"beynəlxalq ictimaiyyəti və bütün aidiyyatı qurumları “davam edən soyqırımı dayandırmaq və jurnalistlərin qəsdən hədəf alınmasına son qoymaq üçün qəti tədbirlər görməyə” çağırıb.
İsrail ordusu Əl-Şərifin qəsdən qətlə yetirildiyini təsdiqləyən bəyanatında jurnalisti Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının hücrəsinə rəhbərlik etməkdə və “israilli mülki şəxslərə və əsgərlərə qarşı raket hücumlarını təşkil etməkdə” ittiham edib.

Ordunun iddiasına görə, onun Fələstin qruplaşması ilə əlaqəsini “birmənalı şəkildə sübut edən” sənədlər də mövcuddur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

“Zəngəzur dəhlizi” və ya “Tramp marşrutu”: İran və Rusiya mane olacaqmı?

13 Avqust 2025

Foto/kollaj: Toplum TV

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur.  Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”, - deyə qeyd olunub.  ABŞ prezidenti Donald Tramp isə birgə mətbuat konfrasında deyib ki, Ermənistan marşrutun 99 illiyə ABŞ-yə icarəyə verilməsinə razı olub.  Azərbaycandan Naxçıvana maneəsiz nəqliyyat...
Manşet

Putinin iqamətgahı ətrafında hava hücumundan müdafiə mövqeləri qurulub

13 Avqust 2025

Foto: AP

Rusiya prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı ətrafında 12 hava hücumundan müdafiə (HHM) mövqeyi qurulub. Bu barədə “Yandeks”dən yeni peyk şəkilləri və “Yandeks.Zerkala" xidmətinin fotoşəkillərini tədqiq edən “Azadlıq Radiosu”-nun Rusiya xidməti məlumat yayıb . Qeyd olunur ki, bu mövqelər əsasən "Pantsir-S1" hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub və Putinin həyat yoldaşı olduğu iddia edilən Alina Kabayeva və uşaqları tez-tez Valdayda vaxt keçirirlər. "Proyekt" 2023-cü ildə yazırdı ki, Kabayeva və uşaqları üçün orada yeni ev tikilb və köməkçiləri  iqamətgah yaxınlığında mənzillər alıblar. Bununla belə, jurnalistlər Moskva şəhərində və əhalisi 20 milyondan çox olan Moskva vilayətində yalnız 60 hava hücumundan müdafiə mövqeyi müəyyən ediblər.

Seçilmiş Videolar

Toplum TV loqo