Manşet

Putinin iqamətgahı ətrafında hava hücumundan müdafiə mövqeləri qurulub

13 Avqust, 2025
42

Foto: AP

Rusiya prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı ətrafında 12 hava hücumundan müdafiə (HHM) mövqeyi qurulub.

Bu barədə “Yandeks”dən yeni peyk şəkilləri və “Yandeks.Zerkala" xidmətinin fotoşəkillərini tədqiq edən “Azadlıq Radiosu”-nun Rusiya xidməti məlumat yayıb .

Qeyd olunur ki, bu mövqelər əsasən "Pantsir-S1" hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub və Putinin həyat yoldaşı olduğu iddia edilən Alina Kabayeva və uşaqları tez-tez Valdayda vaxt keçirirlər.

"Proyekt" 2023-cü ildə yazırdı ki, Kabayeva və uşaqları üçün orada yeni ev tikilb və köməkçiləri  iqamətgah yaxınlığında mənzillər alıblar.

Bununla belə, jurnalistlər Moskva şəhərində və əhalisi 20 milyondan çox olan Moskva vilayətində yalnız 60 hava hücumundan müdafiə mövqeyi müəyyən ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

“Zəngəzur dəhlizi” və ya “Tramp marşrutu”: İran və Rusiya mane olacaqmı?

13 Avqust 2025

Foto/kollaj: Toplum TV

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur.  Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”, - deyə qeyd olunub.  ABŞ prezidenti Donald Tramp isə birgə mətbuat konfrasında deyib ki, Ermənistan marşrutun 99 illiyə ABŞ-yə icarəyə verilməsinə razı olub.  Azərbaycandan Naxçıvana maneəsiz nəqliyyat...
Manşet

Madonna Roma Papasından Qəzzaya getməsini istəyir 

12 Avqust 2025

Foto: açıq mənbə

Amerikalı müğənni Madonna Roma Papası Leodan Qəzza zolağına səfər etməsini istəyib.  Avqustun 11-də “Instagram” səhifəsində müraciət edən müğənni, papadan aclıqla mübarizə aparan uşaqlara kömək etməsini istəyib.  “Ən Müqəddəs Ata, xahiş edirəm Qəzzaya gedin və işığınızı uşaqlara gətirin, gec olmadan. Bir ana kimi onların əzabına baxmağa dözə bilmirəm. Dünyanın uşaqları hamımıza məxsusdur. Siz bizim aramızda yeganə insansınız ki, sizə giriş qadağan oluna bilməz”, - o qeyd edib.  Madonna oğlu Rokkonun doğum günündə paylaşdığı postda əlavə edib ki, ona verə biləcəyi ən yaxşı hədiyyə “hər kəsdən atəşin ortasında qalan günahsız uşaqları xilas etmək üçün bacardıqlarını etməyi xahiş etməkdir”.  Madonna siyasi olaraq tərəf...

Seçilmiş Videolar

Toplum TV loqo