Manşet

“İmarət“ stadionu ilə bağlı 36 milyon dollarlıq müqavilə prezidentin ailə şirkətinə  verilib

9 Yanvar, 2026
270

Foto: president.az

Dövlət satınalmaları üzrə açıq qeydlərə əsasən, Azərbaycan hökuməti Ağdam şəhərində futbol stadionunun yenidən qurulması üçün 35,6 milyon dollar dəyərində dövlət müqaviləsini prezident İlham Əliyevin ailə üzvlərinə məxsus konqlomeratla əlaqəli tikinti şirkətinə verib.

Bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) yanvarın 8-də dərc etdiyi araşdırmada qeyd olunub. 

Araşdırmada deyilir ki, bu müqavilə 2020-ci ildə İkinci Qarabağ Mühqribəsindən sonra Ermənistanın nəzarətindən geri alınmış ərazilərin bərpasına dövlət vəsaitlərinin yönəldildiyi dövrdə şəffaflıq və maraqlar toqquşması ilə bağlı daha geniş narahatlıqları yenidən gündəmə gətirir.

“Hökumət iri layihələri ardıcıl şəkildə siyasi əlaqələri olan şirkətlərə həvalə edir.

Müqavilə Gənclər və İdman Nazirliyi tərəfindən “PMD Projects” MMC-yə verilib və bazar ertəsi Azərbaycanın dövlət satınalmaları portalında dərc olunub.

Sənəd Qarabağ FK-nın keçmiş ev stadionu olan, hazırda isə 2025–2026 mövsümündə UEFA Çempionlar Liqasında mübarizə aparan klubun məkanı kimi tanınan “İmarət” stadionunun yenidən qurulmasını əhatə edir”, - OCCRP yazır.

Araşdırmada vurğulanır ki, “PMD Projects” “PMD Group” MMC-nin törəmə şirkətidir. “PMD Group” isə ölkənin ən böyük biznes konqlomeratlarından biri olan “PASHA Holding”-in çətiri altında fəaliyyət göstərən qurumdur.

Açıq maliyyə hesabatlarına görə, holdinqin son benefisiarları arasında prezidentin qızları Leyla və Arzu Əliyeva, qayınatası Arif Paşayev və həyat yoldaşının əmisi oğlu Mir Camal Paşayev də var.

Layihənin icrasına 2024-cü ilin sentyabrında keçirilən yüksək səviyyəli mərasimlə start verilib. Həmin mərasimdə prezident İlham Əliyev stadionun təməl daşının qoyulmasında iştirak edib. Tədbirdə onun oğlu Heydər Əliyev və gənclər və idman naziri Fərid Qayıbov da olub. Prezident Administrasiyasının yaydığı məlumata görə, 19 hektarlıq kompleksə 11 700 yerlik stadion, məşq qurğuları, VIP lojalar və kommersiya sahələri daxil olacaq.

Gənclər və İdman Nazirliyi OCCRP-nin sorğularına cavab verməyib.

“İmarət” stadionu kompleksinin dizayn işlərinə “Design Bureau” MMC-nin nəzarət etdiyi bildirilir. Bu barədə şirkətin “LinkedIn” paylaşımında qeyd olunub. “Abzas Media” yazırdı ki, “Design Bureau” həm “PMD Group”, həm də “PASHA Holding” ilə eyni ünvanı və kadrları bölüşüb, özü də dövlətin bərpa layihələri çərçivəsində müqavilələr alıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo