Foto: açıq mənbə
Amerikalı müğənni Madonna Roma Papası Leodan Qəzza zolağına səfər etməsini istəyib.
Avqustun 11-də “Instagram” səhifəsində müraciət edən müğənni, papadan aclıqla mübarizə aparan uşaqlara kömək etməsini istəyib.
“Ən Müqəddəs Ata, xahiş edirəm Qəzzaya gedin və işığınızı uşaqlara gətirin, gec olmadan. Bir ana kimi onların əzabına baxmağa dözə bilmirəm. Dünyanın uşaqları hamımıza məxsusdur. Siz bizim aramızda yeganə insansınız ki, sizə giriş qadağan oluna bilməz”, - o qeyd edib.
Madonna oğlu Rokkonun doğum günündə paylaşdığı postda əlavə edib ki, ona verə biləcəyi ən yaxşı hədiyyə “hər kəsdən atəşin ortasında qalan günahsız uşaqları xilas etmək üçün bacardıqlarını etməyi xahiş etməkdir”.
Madonna siyasi olaraq tərəf tutmadığını, israilli əsirlər də daxil olmaqla hər kəs üçün dua etdiyini qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Madonnanın paylaşımına cavab olaraq ona “Qəzza böhranından təsirlənən hər kəsə, xüsusən də uşaqlara, qayğı göstərmək üçün göstərdiyi mərhəmətinə, həmrəyliyinə və sədaqətinə” görə təşəkkür edib.
May ayında vəzifəyə başlayandan bəri Papa Leo İsrailin Qəzzadakı müharibəsini sərt şəkildə tənqid edir və bombardman altında qalan fələstinli mülki əhalinin taleyi ilə bağlı narahatlığını daim ifadə edir.
“Mülki əhalinin şiddətli aclıqdan əziyyət çəkdiyi və zorakılıqla ölüm təhlükəsi altında qaldığı Qəzzadakı ağır humanitar vəziyyəti böyük narahatlıqla izləyirəm”, - o, iyulda atəşkəs çağırışı edərək deyib.
Qəzzanın səhiyyə rəsmiləri bildirir ki, 2023-cü ilin oktyabrında İsrail Qəzzanı bombalamağa başlayandan bəri 60 mindən çox insan ölüb və onların 18 mindən çoxu azyaşlılardır.
Bundan başqa, müharibə başlayandan 101-i uşaq olmaqla ən az 222 nəfər aclıqdan ölüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto/kollaj: Toplum TV
Foto: AP
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?