Manşet

Nigar Həzi: Tofiq Yaqublu vaxtında müalicə olunmazsa, səhhətindəki problem geridönməz hala çevriləcək

26 Sentyabr, 2025
40

Foto: açıq mənbə

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu sentyabrın 26-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəkil Nemət Kərimli ilə görüşüb. 

Bu barədə "Facebook" səhifəsində xəbər verən qızı Nigar Həzi qeyd edib ki, Tofiq Yaqublunun səhhətində çox ciddi problemləri var, ancaq müalicə müəssisəsində olmasına baxmayaraq onun müayinə və müalicəsi aparılmır. 

O bildirib ki, vaxtında müayinə və müalicə olunmazsa, onun səhhətindəki problem geridönməz hala çevriləcək. 

“Əminəm ki, Tofiq Yaqublunun səhhətiylə bağlı məsələlər yuxarılarda müzakirə olunur və qərar qəbul olunur. Bu cür davranış isə onu deməyə əsas verir ki, müayinə və müalicənin aparılmaması məqsədlidir və qərəzlidir. 

İlham Əliyevin Tofiq Yaqubluya nifrəti, qəzəbi və qisası ölkədə heç kimə sirr deyil. Tofiq Yaqubluya qarşı belə münasibətin tapşırığı da məhz Prezident Administrasiyasından gəlir. Putin Navalnımı necə rahatlıqla öldürdüsə, eynisi də İlham Əliyev edə bilər.
Tofiq Yaqublunun həyatına görə məsuliyyəti birbaşa İlham Əliyev daşıyır”
, - Nigar Həzi vurğulayıb.

Milli Şura və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Özü isə ittihamları qurama sayır. 

T.Yaqublu hökmə etiraz olaraq aprelin 1-dən mayın 10-a qədər aclıq edib. 

O, 2013-cü ildə də İsmayıllıda etirazlarda iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi pislənilib. 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

"Abzas Media"nın qadın jurnalistləri Lənkərandakı həbsxanaya köçürülüb 

26 Sentyabr 2025

Foto: sosial media

"Abzas Media"nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüblər. Bu barədə “Abzas Media” jurnalistlərin yaxınlarına istinadən məlumat verib. Onlar, həmçinin, bildirib ki, jurnalistlər Bakı İstintaq Təcridxanasından köçürülən zaman rəis müavini Cavid Gülalıyev N.Absalamovaya qarşı kobudluq edib. Eləcə də, yaxınlarının sözlərinə görə, jurnalistlərin köçürülmə prosesi qəfil olub: “Səhər saat 9-da onlara deyiblər ki, 1 saata hazır olun. Lənkərana çatana qədər hara aparıldıqlarını bilməyiblər", - onlar bildirib.  Jurnalistlərin yaxınları Bakıdan Lənkərana iki-üç saatlıq yolun görüşlər üçün ciddi çətinlik yaradacağını bildirirlər. "Abzas"çılar uzaq rayonda yerləşən müəssisəyə köçürülmələrinin siyasi təzyiq vasitəsi olduğunu düşünürlər.  "Abzas...
Manşet

"Şüvəlan təcridxanasında məhbuslara işgəncə üzrə yarış gedir"

25 Sentyabr 2025

Foto: Abzas Media

Abzas Medianın həbsdə olan direktoru Ülvi Həsənli "Şüvəlan türməsi" kimi tanınan 3 saylı İstintaq Təcridxanasında məhbusların saxlanma vəziyyətindən yazıb.  Abzas Medianın dərc etdiyi yazıda Ü.Həsənli təcridxanadakı işgəncə, rüşvət və antisanitariya hallarını təsvir edib.  Toplum TV yazını bütöv halda təqdim edir.  Həbsxanalardakı sistemli işgəncə və korrupsiya faktları ilə bağlı növbəti müşahidələrimi yazmaq qərarına gəldim. Budəfəki hadisələr Bakının Şüvəlan qəsəbəsində yerləşən, xalq arasında “Şüvəlan türməsi” adlandırılan 3 saylı İstintaq Təcridxanasında baş verir. Mən bu həbsxanada saxlanılmamışam, amma orada saxlanılan 30-dan artıq məhbusdan müsahibələr almışam, məlumatlar əldə etmişəm, faktları dəqiqləşdirmişəm və onların əsasında bu yazını hazırlamışam. Bu məlumatlar 2023-cü ilin dekabr ayından 2025-ci...

Seçilmiş Videolar

Toplum TV loqo