Manşet

"Abzas Media"nın qadın jurnalistləri Lənkərandakı həbsxanaya köçürülüb 

26 Sentyabr, 2025
74

Foto: sosial media

"Abzas Media"nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüblər.

Bu barədə “Abzas Media” jurnalistlərin yaxınlarına istinadən məlumat verib.

Onlar, həmçinin, bildirib ki, jurnalistlər Bakı İstintaq Təcridxanasından köçürülən zaman rəis müavini Cavid Gülalıyev N.Absalamovaya qarşı kobudluq edib.

Eləcə də, yaxınlarının sözlərinə görə, jurnalistlərin köçürülmə prosesi qəfil olub:

“Səhər saat 9-da onlara deyiblər ki, 1 saata hazır olun. Lənkərana çatana qədər hara aparıldıqlarını bilməyiblər", - onlar bildirib. 

Jurnalistlərin yaxınları Bakıdan Lənkərana iki-üç saatlıq yolun görüşlər üçün ciddi çətinlik yaradacağını bildirirlər.

"Abzas"çılar uzaq rayonda yerləşən müəssisəyə köçürülmələrinin siyasi təzyiq vasitəsi olduğunu düşünürlər. 

"Abzas Media işi" üzrə həbsdə olan kişi jurnalistlər isə hökm oxunandan bəri paytaxtdan 70 kilometr aralı olan Umbakı Penitensiar Kompleksində saxlanılırlar. Bunlar "Abzas Media" direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə və jurnalist Hafiz Babalıdır. 

Vəkil Fariz Namazlı "Facebook" səhifəsində qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) vaxtilə məhbusların yaşayış yerlərindən uzaq məsafədəki müəssisələrə köçürülməsini qanunsuz sayan qərarlar verib. 

"Avropa Məhkəməsi dəfələrlə vurğulayıb ki, həbsxana rejimi məhkumu ailəsindən tam qoparmaq üçün bir vasitə olmamalıdır. Əksinə, dövlətin vəzifəsi məhkumun ailə və sosial əlaqələrini qorumaq və reabilitasiyasına dəstək olmaqdır. Məhkəmə qeyd edir ki, məhkumun yaşayış yerindən çox uzaq müəssisəyə göndərilməsi, ailənin onu faktiki olaraq görə bilməməsi artıq sadəcə “normal həbs çətinliyi” deyil, ailə həyatına müdaxilədir və Konvensiyanın 8-ci maddəsinin pozuntusu yarana bilər.
300 km məsafə kağız üzərində çox görünməsə də, ailənin faktiki imkanları – maliyyə yükü, nəqliyyat şəraiti, səhhət və digər amillər nəzərə alınmadıqda, bu məsafə ailə bağlarını qıran bir maneəyə çevrilə bilər. Əks halda, ailəni cəzalandırmaq, məhkumu isə cəmiyyətdən tam təcrid etmək praktikasına yol açılır. Bu isə nə ədalətə, nə də Avropa Konvensiyasının ruhuna uyğun deyil"
, - o bildirib. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Abzas Medianın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Nigar Həzi: Tofiq Yaqublu vaxtında müalicə olunmazsa, səhhətindəki problem geridönməz hala çevriləcək

26 Sentyabr 2025

Foto: açıq mənbə

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu sentyabrın 26-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəkil Nemət Kərimli ilə görüşüb.  Bu barədə "Facebook" səhifəsində xəbər verən qızı Nigar Həzi qeyd edib ki, Tofiq Yaqublunun səhhətində çox ciddi problemləri var, ancaq müalicə müəssisəsində olmasına baxmayaraq onun müayinə və müalicəsi aparılmır.  O bildirib ki, vaxtında müayinə və müalicə olunmazsa, onun səhhətindəki problem geridönməz hala çevriləcək.  “Əminəm ki, Tofiq Yaqublunun səhhətiylə bağlı məsələlər yuxarılarda müzakirə olunur və qərar qəbul olunur. Bu cür davranış isə onu deməyə əsas verir ki, müayinə və müalicənin aparılmaması məqsədlidir və qərəzlidir.  İlham Əliyevin Tofiq Yaqubluya nifrəti, qəzəbi və qisası ölkədə heç kimə...
Manşet

"Şüvəlan təcridxanasında məhbuslara işgəncə üzrə yarış gedir"

25 Sentyabr 2025

Foto: Abzas Media

Abzas Medianın həbsdə olan direktoru Ülvi Həsənli "Şüvəlan türməsi" kimi tanınan 3 saylı İstintaq Təcridxanasında məhbusların saxlanma vəziyyətindən yazıb.  Abzas Medianın dərc etdiyi yazıda Ü.Həsənli təcridxanadakı işgəncə, rüşvət və antisanitariya hallarını təsvir edib.  Toplum TV yazını bütöv halda təqdim edir.  Həbsxanalardakı sistemli işgəncə və korrupsiya faktları ilə bağlı növbəti müşahidələrimi yazmaq qərarına gəldim. Budəfəki hadisələr Bakının Şüvəlan qəsəbəsində yerləşən, xalq arasında “Şüvəlan türməsi” adlandırılan 3 saylı İstintaq Təcridxanasında baş verir. Mən bu həbsxanada saxlanılmamışam, amma orada saxlanılan 30-dan artıq məhbusdan müsahibələr almışam, məlumatlar əldə etmişəm, faktları dəqiqləşdirmişəm və onların əsasında bu yazını hazırlamışam. Bu məlumatlar 2023-cü ilin dekabr ayından 2025-ci...

Seçilmiş Videolar

Toplum TV loqo