Məhkəmə

AİHM Azərbaycan hökumətinin keçmiş “NİDA”çılara əlavə 1500 avro ödəməsinə qərar verib 

26 Sentyabr, 2025
34

Foto: Meydan TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 25-də “NİDA” Vətəndaş Hərəkatının keçmiş üzvləri Şahin Novruzlu və Məmməd Əzizovun şikayətləri üzrə işin siyahıdan çıxarılması ilə bağlı qərar verib. 

2014-cü ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müxtəlif maddələrdə ittiham olunaraq məhkum olunan “NİDA” fəalları 2016-cı ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdılar. Onlar məhkumluqlarını qanunsuz və siyasi motivli hesab edərək AİHM-ə müraciət etmiş, məhkəmə də 2021-ci ildə onların xeyrinə qərar çıxarmışdı. 

AİHM 2021-ci ildəki qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) və 18-ci (siyasi məqsədlərlə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusunu tanımış, Azərbaycan hökumətini fəallara ümumilikdə 43,500 avro təzminat ödəməyə məcbur etmişdi. 

Hər iki fəal barəsində 2022-ci ildə Ali Məhkəmənin Plenumu bəraət hökmü çıxarıb. Hökumət isə bu bəraəti əsas gətirərək AİHM-dən işin siyahıdan çıxarılmasını xahiş edib.

AİHM isə yeni qərarında vurğulayıb ki, Ali Məhkəmənin Plenumunun qərarı qısa əsaslandırılıb və Konvensiya pozuntuları açıq şəkildə tanınmayıb. Buna görə də şikayətçilərə təzminat ödənilməsinə baxmayaraq, şikayətlərin qəbuledilməz elan olunmasının mümkün olmadığı bildirilib. 
Habelə, AİHM yerli məhkəmələr tərəfindən təyin edilən təzminat məbləğini əsassız saymayıb, lakin ərizəçilərin şikayət etdiyi hallar artıq mövcud olmadığından işi siyahıdan çıxarıb. Bununla yanaşı, Azərbaycan hökumətinin M.Əzizov və Ş.Novruzluya müdafiə xərcləri üçün müvafiq olaraq 1000 və 500 avro ödəməli olduğu barədə qərar verilib. 
AİHM Azərbaycanda hüquqları pozulan, ədalət axtarışında olan vətəndaşlar üçün sonuncu instansiyadır. 2024-cü ildə AİHM 39 nəfərin Azərbaycana qarşı şikayətlərinə mahiyyəti üzrə baxaraq qərar verib. Bunlardan 38-də Konvensiyanın ən az bir maddəsinin pozuntusu aşkarlanıb. 
Prezident İlham Əliyev 2025-ci il aprelin 9-da ADA Universitetindəki forumda çıxış edərkən bildirib ki, Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları daha tanımayacaq. 
O deyib ki, əgər Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlamentlər Assambleyasının (AŞPA) iclaslarında iştirak etmirsə və AİHM hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Aytac Tapdığa məhkəmədə fiziki zorakılıq göstərildiyi bildirilir

26 Sentyabr 2025

Foto: sosial media

Həbsdə olan "Meydan TV" jurnalisti Aytac Tapdığın (Əhmədova) Bakı Apellyasiya Məhkəməsində fiziki zorakılığa məruz qaldığı bildirilir.  Bu barədə heyvan haqları fəalı Kamran Məmmədli sosial mediada məlumat verib.  Onun dediyinə görə, sentyabrın 26-da Bakı Apelyasiya Məhkəməsinə gətirilərkən jurnalist məhkəmənin koridorunda həmkarlarını görərək onları səsləyib.  "Bu zaman Cəmil Hüseynov adlı konvoy rəisi onu uzun koridor boyunca zorakılıqla itələyərək saxlanma məntəqəsinə aparıb və məntəqəyə çatdıqda onu sürətli formada hər tərəfində kişi məhbusların oturduğu otağın ortasına itələyib", - o qeyd edib.  Məhkəmə prosesi isə A.Tapdıqla K.Məmmədlinin nikaha girmək haqqında şikayəti ilə bağlı olub. Birinci instansiya məhkəməsi onların bu barədə istəyini təmin etməyib.  K.Məmmədli bildirib...
Məhkəmə

Hakim Əziz Orucovun vaxtından əvvəl azadlığa çıxmasını təmin etməyib

25 Sentyabr 2025

Foto: sosial media

Sentyabrın 25-də Suraxanı Rayon Məhkəməsində "Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad olunması üçün verdiyi vəsatətə baxılıb. Azadlıq Radiosunun Ə.Orucovun ailəsinə istinadən verdiyi xəbərə görə, hakim vəsatəti təmin etməyib.  Ailəsi bildirib ki, saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin verdiyi müsbət rəy və müalicə müəssisəsində davamlı nevroloji müalicə alması Ə.Orucovun azadlığa buraxılması üçün yetərli olmayıb. Hakim Ədliyyə Nazirliyinin mənfi mülahizəsi əsasında onun vaxtından əvvəl azad olunmasının əleyhinə qərar verib.  Ə.Orucovun azadlığa çıxmasına 2 ay 2 gün qalıb. Ə.Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti ittihamı ilə həbs olunub.  Bu il fevralın 26-da Səbail Rayon Məhkəməsində hakim...

Seçilmiş Videolar

Toplum TV loqo