Siyasət

HƏMAS rəsmisi: "7 oktyabr hücumu tarixi dəyişmək üçün qızıl imkan yaratdı" 

26 Sentyabr, 2025
50

Foto: Bilal Hussein

Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşmasının rəsmisi Qazi Həmad Qətərdə "CNN"-ə müsahibə verib. 

Q.Həmad HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də İsrailin cənubuna etdiyi, 1200 nəfərin öldürüldüyü və 250 nəfərin əsir götürüldüyü hücumu müdafiə edib. O deyib ki, 7 oktyabr hücumu fələstinlilərə "tarixi dəyişmək üçün qızıl imkan" yaratdı. 

“Bilirsiniz, indi 7 oktyabrın faydası nədədir? Dünən BMT Baş Assambleyasında təxminən 194 nəfər gözlərini açıb İsrailin vəhşiliyinə, qəddarlığına baxdı və hamısı İsraili qınadı. Biz bu anı 77 il gözləmişdik", – o bildirib.

Jurnalist həmin hücumdan bəri İsrailin Qəzzada 60,000-dən çox insanı öldürdüyünü xatırladaraq, Q.Həmaddan HƏMAS-ın buna görə üzərinə məsuliyyət götürüb-götürmədiyini soruşub. O isə heç bir məsuliyyəti qəbul etmədiyini bildirib: “Bilirəm, bədəl çox yüksəkdir, amma yenə soruşuram, başqa hansı seçim var idi?”

Müsahibə zamanı jurnalist Q.Həmada Qəzzada insanların HƏMAS-ın idarəçilikdən imtina etməsini tələb edən videogörüntüləri göstərib. Kadrlardan birində HƏMAS əleyhinə etirazçılardan birinin belə dediyi eşidilir: “Bizim HƏMAS üçün mesajımız budur – bizim həyatımızla qumar oynamayın, macəraçılıq etməyin. Siz reallıqdan qopmusunuz. Xüsusilə də, HƏMAS rəhbərliyi Qəzzadan kənarda yerləşdiyi üçün. Bəzi insanlar deyirlər ki, onlar hotellərdə oturduqları halda, övladlarımızın ətini istifadə edərək qətllər törədiblər.”

HƏMAS rəsmisi görüntülərə baxmaqdan imtina edib, sadəcə insanların "əziyyət çəkdiyindən xəbərdar olduğunu" bildirib.

Q.Həmad sentyabrın 9-da İsrailin Qətərə etdiyi, özünü də hədəfə alan hava hücumundan danışıb. O, hücumdan sağ çıxmasını "möcüzə" adlandırıb. Onun dediyinə görə, raket yan otağa düşüb. 

Q.Həmad hücumdan sonra atəşkəs üzrə danışıqlar prosesinin donduğunu deyib, buna görə isə İsraili günahlandırıb. 

Ən son ABŞ-nin təklif etdiyi atəşkəs təklifinə münasibət bildirən HƏMAS rəsmisi deyib ki, qruplaşma Qəzzada idarəçilikdən getməyə hazırdır, lakin tərk-silah olunmağa razı deyil. O əlavə edib ki, yalnız Fələstin dövləti bərqərar olunacağı halda HƏMAS silahlarını yeni dövlətin ordusuna təhvil verəcək. 

2023-cü ilin oktyabrından İsrailin Qəzzanı bombalaması ilə başlayan müharibə nəticəsində indiyə qədər Qəzzada 60 mindən çox insan ölüb. Onların 20 mindən çoxu uşaqlardır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Azərbaycanlı fəal Türkiyədə təcridxanada “terrorçu” adı ilə saxlanılır 

26 Sentyabr 2025

Foto: sosial media

Azərbaycanlı fəal Nənəxanım Babazadə Türkiyədə deportasiya olunması nəzərdə tutulanlar üçün ayrılan təcridxanada “xarici terrorçu döyüşçü” adı ilə saxlanılır.  “OC Media”nın məlumatına görə, İstanbul Universitetinin antropologiya fakültəsinin tələbəsi olan N.Babazadə avqustun 21-də işlədiyi kafedə həbs edilib.  O, ifadəsində üstündə axtarış aparılmasına etiraz etdiyinə görə polislərin fiziki zorakılığına və təhqirlərinə məruz qaldığını deyib. Saxlanıldıqdan bir gün sonra məcburi tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılan fəalın tibbi sənədlərində bədəninin müxtəlif hissələrində göyərmə və şişkinlik olduğu qeyd olunub. Çatalca Deportasiya Mərkəzində saxlanılan N.Babazadənin vəkillərlə görüşməsinə həbsindən yalnız 4 gün sonra icazə verilib.  Vəkil Ahmet Baran Çelikin “OC Media”ya dediyinə görə, N.Babazadə həbsdə olduğu ilk...
Siyasət

Fransa məhkəməsi Sarkozini 5 il azadlıqdan məhrum edib 

25 Sentyabr 2025

Foto: Reuters

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib.  Sentyabrın 25-də Paris Cinayət Məhkəməsi hökmü verib.  400 səhifəlik hökmə əsasən, Sarkozi 2007-ci ildə prezidentlik kampaniyası dövründə “maliyyə dəstəyi əldə etmək üçün səlahiyyəti olan yaxın adamlarına və siyasi tərəfdarlarına” Liviya hakimiyyət orqanlarına müraciət etməyə icazə verib.  Bununla belə, məhkəmə ona “oğurlanmış malların alınması və Liviya dövlət vəsaitlərinin mənimsənilməsi, passiv rüşvətxorluq və kampaniyanın qeyri-qanuni maliyyələşdirilməsi” ittihamlarından bəraət verib.  Onun iki keçmiş tərəfdarı Klod Queant və Bris Hortefe passiv korrupsiyada təqsirli bilinib. Sarkozinin prezidentlik kampaniyasının xəzinədarı Erik Voert isə bəraət alıb.  Dövlət ittihamçıları keçmiş prezidentə 7 illik həbs cəzası tələb etmişdi. ...

Seçilmiş Videolar

Toplum TV loqo