Foto: sosial media
“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyevanın ölkədən çıxışına qadağa qoyulub.
"Abzas Media"nın məlumatına görə, R.Quliyeva sentyabrın 28-də həyat yoldaşının namizəd olduğu Vatslav Havel İnsan Haqları Mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa uçmalı idi. Lakin Bakıda hava limanında pasport yoxlanışı zamanı ona Daxili İşlər Nazirliyinin onun ölkədən çıxışına qadağa qoyduğu bildirilib.
Qadağanın nə ilə bağlı olduğu barədə isə heç bir izahat verilməyib.
"Abzas Media işi" üzrə istintaq və məhkəmə başa çatıb və Ü.Həsənli də daxil olmaqla təqsirləndirilən şəxslərə hökm oxunub.
R.Quliyeva məsələ ilə bağlı "Abzas Media işi"nin istintaqını aparan Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılovla əlaqə saxlasa da, müstəntiq qadağadan xəbərsiz olduğunu və araşdıracağını bildirib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Abzas Medianın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Nigar Həzi: Tofiq Yaqublu vaxtında müalicə olunmazsa, səhhətindəki problem geridönməz hala çevriləcək
Foto: açıq mənbə
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
"Aclıq vaxtı məni həşəratlarla dolu otağa saldılar"