Məhkəmə

Keçmiş vəkilə 8 il cəza verildi

10 Oktyabr, 2022
2127

Açıq mənbələrdən götürülüb

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş vəkil Vüqar Səfərlinin sonuncu məhkəməsi keçirilib. Hakim Əli Məmmədov hökm elan edib. Vüqar Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Vüqar Səfərlinin işi üzrə 17 zərərçəkmiş vardı. O, vəkil işlədiyi dövrdə bu adamları aldadaraq ümumilikdə təxmini 200 min manat vəsaiti mənimsəməkdə təqsirləndirilirdi.

Bu vəkil bir aralar yerli telekanallardan düşmürdü. Müxtəlif sosial verilişlərdə iştirak edir, hüquqi məsləhətlər verirdi. Elə zərərçəkmişlər də buna aldanıblar. Onlar məhkəmədə bildirirdilər ki, vəkili teleekranlardan görüblər, düyünə düşmüş işlərini çözə biləcəyini düşünüblər.

https://toplum.tv/mehkeme/baku-steel-company-isi-azerboru-nece-satildi

İttihama görə, onlar evinə çıxarış almaq, yaxınını həbsdən çıxarmaq və başqa səbəblərlə Vüqar Səfərlinin açdığı vəkil ofisinə yaxınlaşıb, onunla müqavilə bağlayıb, müəyyən məbləğlər ödəyiblər, ancaq hüquqi xidmət görməyiblər, pullarını geri istəyəndə isə vəkil onlardan qaçaq düşüb.

Hələ məhkəmə boyunca hakim Əli Məmmədov təqsirləndirilən şəxsə bir neçə dəfə “özün də görürsən ki, çoxu tək, yaşlı qadınlardır, ödə zərərlərini, günahdır”, deyib. Vüqar Səfərli isə ödəyəcəyinə söz verib.  

Ötən il Vüqar Səfərli həbs olunarkən Vəkillər Kollegiyasının sədri bildirmişdi ki, onunla bağlı vətəndaşlardan şikayətlər gəldiyinə görə Kollegiyadan uzaqlaşdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo