Məhkəmə

700 min manatlıq mənimsəmədə ittiham olunan idarə rəisi 2 min manat cərimələnib

7 İyul, 2026
20

e-huquq.az

İyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Auditorlar Palatasının sabiq vəzifəli şəxslərinin ittiham olunduğu iş üzrə yekun məhkəmə prosesi keçirilib. 

APA-nın xəbərinə görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hökmə əsasən, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi olmuş Vəli Rəhimov 2 min manat cərimə olunub. 

Həmin idarənin maliyyəçi-mühasibi olmuş Gövhər Əhmədova 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. 

Palatanın Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovaya isə 3 il həbs cəzası verilib. Lakin onun hamilə olduğu nəzərə alınıb və doğulacaq övladı 14 yaşına çatanadək barəsindəki hökmün icrası təxirə salınıb. 

Onlar Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli biliniblər. Təqsirləndirilən şəxslərə qarşı 313-cü (Vəzifə saxtakarlığı) maddə ilə də ittiham irəli sürülsə də, həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ittihama xitam verilib.

Əvvəlki prosesdə dövlət ittihamçısı təqsirləndirilən hər üç şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi. 

Cinayət işində iddia olunur ki, təqsirləndirilən şəxslər 2018-ci ildən etibarən öz qohumları adına onların xəbəri olmadan maaş kartları açaraq ümumilikdə 717 min 311 manat pulu mənimsəyiblər. 

Məhkəmə istintaqı zamanı G.Əhmədova və F.Novruzova özlərini təqsirli biliblər və əməllərini maddi vəziyyətlərinin pis olması ilə əsaslandırıblar. V.Rəhimov isə mənimsəmədən xəbəri olmadığını iddia edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu

7 İyul 2026

Sosial media

İyulun 6-da Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də prosesə qatılmayıb.  Hakim Samir Nəsibov S.Qasımlıdan xüsusi ittihamçının iştirakı olmadan prosesin keçirilməsinə etirazı olub-olmadığını soruşub.  "Şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına aiddir. Bu barədə suallar da insanın nə hisslər keçirməsiylə bağlı olur. Nümayəndəsi burada iştirak edir, amma o, suallarımıza cavab verə bilməz. Deyə bilməz ki, o adam nə hiss keçirib. İnsanın şərəf və ləyaqətini özündən başqa heç kim müdafiə edə bilməz. Təhqir olunubsa, niyə gəlib özünü müdafiə etmir?", -...
Məhkəmə

‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib” 

7 İyul 2026

Toplum TV

İyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə məhkəmə prosesi davam edib. Hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə nitqləri davam edib.  Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayevin vəkili Günay İsmayılova müvəkkili tərəfindən törədildiyi iddia olunan cinayət əməllərinin məhkəmə prosesi gedişində sübuta yetirilmədiyini bildirib.  O, ittiham aktına istinad edərək qeyd edib ki, R.Babayevin xaricdən qaçaqmalçılıq yolu ilə ölkəyə qanunsuz pul vəsaiti gətirdiyi iddia olunur, halbuki onun xarici pasportu yoxdur.  “İstintaq orqanı tərəfindən Dövlət Sərhəd Xidmətindən götürülmüş məlumatlar da təsdiq edir ki, Ramil Babayev bir neçə dəfə şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edib....

Seçilmiş Videolar

Toplum TV loqo