Məhkəmə

Ağac kəsib satmağa görə hökm oxunan ekologiya işçiləri azadlığa buraxılıb

23 May, 2025
62

Foto: Açıq mənbədən götürülüb

Ali Məhkəmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) qanunsuz ağac kəsib satmaqda təqsirləndirilərək hökm oxunan sabiq işçilərini azadlığa buraxıb. 

Mayın 23-də hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə ETSN-in Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru İlqar Qəribov, baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin barələrindəki hökmdən verdikləri kassasiya şikayətinə baxılıb. 

Məhkəmə onların şikayətini təmin edib və adları çəkilən şəxslər cəzaları şərti hesab olunmaqla azadlığa buraxılıblar. 

Daha əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsi Qəribova 8 il 6 ay, digər təqsirləndirilən şəxslərə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası vermişdi. 

Onlar 2020-ci ilin martında polis tərəfindən saxlanılıblar.

Onlar Cinayət Məcəlləsinin qanunsuz ağac kəsmə, vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi və rüşvət alma, külli miqdarda törədildikdə maddələri ilə ittiham olunurdular.

Cinayət işində iddia olunurdu ki, sözügedən şəxslər Oğuz və Qəbələ rayonlarında meşə sahələrində qiymətli ağac növlərinin kəsilib satılması ilə məşğul olublar və külli miqdarda gəlir əldə ediblər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Kərimə dövləti” qurmağa cəhddə təqsirləndirilənlərə hökm oxunub

23 May 2025

Foto: Azadlıq Radiosu

"Konstitusiya quruluşu dəyişməyin nə demək olduğunu indi də başa düşmürəm" Azərbaycanda “Kərimə dövləti” qurmağa cəhd etməkdə təqsirləndirilən 6 nəfərə hökm oxunub.  Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan son iclasda təqsirləndirilən şəxslərdən Arif Cümşüdov və Anar İsayev 17 il,  Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov və Tərzan Qaraşov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.  Onlar Cinayət Məcəlləsinin 234.1-1-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma, külli miqdarda törədildikdə) və 278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn...
Məhkəmə

Fazil Qasımovun vəkili məhkəmədə Qubad İbadoğlunun dindirilməsini istəyib

23 May 2025
Həbsdə olan iqtisadçı, 14 gündür aclıq edən Fazil Qasımov mayın 21-dən cərimə kamerasına (karser) salındığını deyib.  İqtisadçının ailəsindən Toplum TV-yə verilən məlumata görə, o, bunu mayın 22-də Bakı Apellyasiya Məhkəməsində baş tutan iclasda bildirib.  Ailə üzvlərinin sözlərinə görə, Qasımov hakim Aqil Musayevin sədrlik etdiyi məhkəmə tərkibinə etiraz edib. Həmçinin, o, vəkili Nemət Kərimliyə sənəd vermək istəyərkən ədliyyə işçiləri (konvoy) sənədi əlindən alıb yoxlamağa başlayıblar. Qasımov buna da etiraz edib.  İqtisadçı məhkəmə tərkibinə etirazını yazdığı apellyasiya şikayəti məhkəməyə daxil olmadan, aprelin 30-da hakimlərin hazırlıq iclası keçirməsi ilə əsaslandırıb.  Məhkəmə etirazın qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırılmadığını deməklə etirazı baxılmamış saxlayıb.  Qasımov apellyasiya şikayəti...

Seçilmiş Videolar

Toplum TV loqo