Həbsdə olan iqtisadçı, 14 gündür aclıq edən Fazil Qasımov mayın 21-dən cərimə kamerasına (karser) salındığını deyib.
İqtisadçının ailəsindən Toplum TV-yə verilən məlumata görə, o, bunu mayın 22-də Bakı Apellyasiya Məhkəməsində baş tutan iclasda bildirib.
Ailə üzvlərinin sözlərinə görə, Qasımov hakim Aqil Musayevin sədrlik etdiyi məhkəmə tərkibinə etiraz edib. Həmçinin, o, vəkili Nemət Kərimliyə sənəd vermək istəyərkən ədliyyə işçiləri (konvoy) sənədi əlindən alıb yoxlamağa başlayıblar. Qasımov buna da etiraz edib.
İqtisadçı məhkəmə tərkibinə etirazını yazdığı apellyasiya şikayəti məhkəməyə daxil olmadan, aprelin 30-da hakimlərin hazırlıq iclası keçirməsi ilə əsaslandırıb.
Məhkəmə etirazın qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırılmadığını deməklə etirazı baxılmamış saxlayıb.
Qasımov apellyasiya şikayəti ilə bağlı çıxışında həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müdafiə hüququnun pozulduğunu bildirib. O deyib ki, fevralın 28-də konvoylar tərəfindən məcburi olaraq məhkəməyə gətirilməklə qeyri-insani rəftara məruz qalıb və son sözü yarımçıq saxlanılıb.
O, bu əsasları gətirərək işin baxılmaq üçün yenidən birinci instansiya məhkəməsinə qaytarılmalı olduğunu qeyd edib.
Vəkil Nemət Kərimli məhkəmə baxışının təyin ediləcəyi halda məhkəmənin qismən istintaq aparılmaqla keçirilməli olduğu barədə vəsatət verib. O bildirib ki, bu işdə adı çəkilən digər şəxs - Qubad İbadoğlu dindirilməyib və həmin işin icraatı ayrılıb. Vəkil qeyd edib ki, İbadoğlunun işdə mühakimə olunmuş digər şəxs Anar Əliyevlə görüşüb ona pul verməsi iddia olunan kamera görüntüləri həmin işdə saxlanılır.
Vəkil Qubad İbadoğlunun dindirilməli, kamera görüntülərinin alınıb tədqiq edilməli və əməliyyat-axtarış fəaliyyəti barədə qeydiyyat jurnalının Bakı Şəhər Baş Polis İdarəsindən alınmalı olduğunu bildirib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası 4 iyun tarixinə saat 11:00-a təyin edildi.
Qasımovun aclıq aksiyasına mayın 10-dan başladığı deyilir.
İqtisadçı ötən il də azadlığa buraxılması üçün aclıq aksiyası keçirib və 6 aydan çox aclıq edib. Onun yaxınları daha əvvəl bildirib ki, iqtisadçı suya bal qarışdırıb qəbul etdiyinə görə orqanizmi aclığa davam gətirə bilib.
Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu. Özü isə ittihamı rədd edir.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.
Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Açıq mənbədən götürülüb
Foto: Azadlıq Radiosu
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib