Foto: sosial media
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azade Royhan Azərbaycanda talış tarixinin tədqiqatçısı İqbal Əbilova 18 il hökm oxunmasından “dərin narahatlıq keçirir”.
Bu barədə o, mayın 22-də bəyanat yayıb.
Royhan bəyanatda deyir ki, Əbilova qarşı dövlətə xəyanət və nifrət təşviqatı ittihamlarının əsası onun erməni həmkarlarla professional əməkdaşlığına söykənir və o, sadəcə talış tarixi və mədəniyyəti haqqında tədqiqatlar aparıb.
“Akademik azadlıq – yəni tədqiqat aparmaq və bilikləri, həqiqətləri heç bir məhdudiyyət olmadan yaymaq azadlığı – şübhəsiz ki, ifadə azadlığı hüququ ilə qorunur. Bu, demokratik cəmiyyətlərin təməl prinsiplərindən biridir və tədqiqatçılar istənilən əsassız siyasi müdaxilədən qorunmalıdır. Mən Azərbaycan hakimiyyətini cənab Əbilova qarşı irəli sürülmüş ittihamları dərhal yenidən nəzərdən keçirməyə və onu, eləcə də ifadə azadlığını həyata keçirdiklərinə görə həbs edilmiş bütün digər şəxsləri – insan hüquqları müdafiəçilərini, jurnalistləri və akademikləri azad etməyə çağırıram” - o qeyd edib.
İqbal Əbilova mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il hökm oxunub.
Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.
İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun yeganə “cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaqdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Açıq mənbədən götürülüb
Foto: Abzas Media
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib