Məhkəmə

İqtisadçılar Nazim Bəydəmirlinin əfvi üçün prezidentə müraciət edib

23 May, 2025
84

Foto: Report

Bir qrup iqtisadçı alim və ekspert həbsdə olan iqtisadçı, iş adamı və keçmiş deputat Nazim Bəydəmirlinin əfv edilməsi üçün Prezident İlham Əliyevə müraciət edib. 

Müraciətdə Əliyevdən “humanizm prinsiplərini rəhbər tutaraq”, Bəydəmirlinin “ziyalı və sahibkar kimi fəaliyyətini və səhhətini nəzərə alaraq” onu əfv etməsi istənilir. 

“Nazim müəllim həm millət vəkili olduğu dövrdə, həm də sonrakı illərdə ictimai xadim, iş adamı kimi dövlətimizin, cəmiyyətimizin maraqları ilə bağlı olduqca faydalı işlər görüb. O, ictimai çıxışlarında ölkəmizin uğurlarını qeyd etməklə yanaşı, mövcud iqtisadi problemlərin həlli yollarını da həmişə göstərməyə çalışmış, təkliflər vermişdi”, - müraciətdə deyilir. 

Müraciəti Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, İqtisadiyyat Universitetinin professoru Rasim Həsənov, Xəzər Universitetinin professoru İnqilab Əhmədov, iqtisadçılar Azər Mehtiyev, Elçin Rəşid, Samir Əliyev, Zöhrab İsmayıl və Vahid Məhərrəmov imzalayıb. 

Nazim Bəydəmirli 2023-cü ilin iyununda Söyüdlü hadisələrində polislərin davranışını tənqid etdikdən sonra, iyulun 4-də saxlanılıb.

Ona ilkin olaraq Cinayət Məcəlləsinin əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə maddəsilə ittiham irəli sürülüb.

Sonradan Bəydəmirli Cinayət Məcəlləsinin təhdid yolu ilə tələb etmə maddəsi ilə də ittiham olunub. 

2024-cü il  sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.

Bəydəmirli ittihamları rədd edir, özünü ekologiya məhbusu adlandırır.

Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ağac kəsib satmağa görə hökm oxunan ekologiya işçiləri azadlığa buraxılıb

23 May 2025

Foto: Açıq mənbədən götürülüb

Ali Məhkəmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) qanunsuz ağac kəsib satmaqda təqsirləndirilərək hökm oxunan sabiq işçilərini azadlığa buraxıb.  Mayın 23-də hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə ETSN-in Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru İlqar Qəribov, baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin barələrindəki hökmdən verdikləri kassasiya şikayətinə baxılıb.  Məhkəmə onların şikayətini təmin edib və adları çəkilən şəxslər cəzaları şərti hesab olunmaqla azadlığa buraxılıblar.  Daha əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsi Qəribova 8 il 6 ay, digər təqsirləndirilən şəxslərə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası...
Məhkəmə

“Kərimə dövləti” qurmağa cəhddə təqsirləndirilənlərə hökm oxunub

23 May 2025

Foto: Azadlıq Radiosu

"Konstitusiya quruluşu dəyişməyin nə demək olduğunu indi də başa düşmürəm" Azərbaycanda “Kərimə dövləti” qurmağa cəhd etməkdə təqsirləndirilən 6 nəfərə hökm oxunub.  Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan son iclasda təqsirləndirilən şəxslərdən Arif Cümşüdov və Anar İsayev 17 il,  Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov və Tərzan Qaraşov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.  Onlar Cinayət Məcəlləsinin 234.1-1-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma, külli miqdarda törədildikdə) və 278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn...

Seçilmiş Videolar

Toplum TV loqo