Foto: Açıq mənbədən götürülüb
ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistandan danışıb.
Konqresdə hesabat verən Rubioya konqresmenlərdən biri Kris Smit Azərbaycan-Ermənistan münaqişəsində ABŞ-ın rolu barədə sual verib.
Smit Azərbaycan Prezidenti İlham Əliyevi diktator adlandırıb və ölkədə siyasi məhbusların və müharibə əsirlərinin olduğunu deyib.
O, Rubiodan həmin şəxslərin azad olunmasında "əlindən gələni etməsini" xahiş edib.
Rubio cavabında deyib ki, ABŞ-ın bölgədə əsas fokuslarından biri Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasıdır.
"Azərbaycanla Ermənistan arasında yeni konflikt riski qalmaqdadır, Vaşinqton bunun qarşısını almağa çalışır", - o bildirib.
Dövlət katibi Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı deyib ki, "əksər hallarda ideal modelə sahib olmayan ölkələrlə də işləməliyik".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Abzas Media
Ruslan İzzətli: Cənubi Qafqaz ölkələri indi də rus imperalizmindən əziyyət çəkir
Foto: sosial media
“Abzas Media işi”ndə şahidlər dindirilib
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub