Foto: Azadlıq Radiosu
"Konstitusiya quruluşu dəyişməyin nə demək olduğunu indi də başa düşmürəm"
Azərbaycanda “Kərimə dövləti” qurmağa cəhd etməkdə təqsirləndirilən 6 nəfərə hökm oxunub.
Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan son iclasda təqsirləndirilən şəxslərdən Arif Cümşüdov və Anar İsayev 17 il, Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov və Tərzan Qaraşov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar Cinayət Məcəlləsinin 234.1-1-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma, külli miqdarda törədildikdə) və 278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi) maddələri ilə mühakimə olunublar.
Cinayət işində iddia olunur ki, Cümşüdov Rufulla Axundzadə və Bəxtiyar Bayramov adlı şəxslər tərəfindən “şirnikləndirici vədlər müqabilində ələ alınaraq ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar alıb”.
“Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər”, - APA-nın xəbərində deyilir.
Təqsirləndirilənlər son sözlərində ittihamları rədd ediblər və Azərbaycandakı dövlət quruluşundan narazılıqları olmadığını bildiriblər.
"Konstitusiya quruluşu dəyişməyin nə demək olduğunu indi də başa düşmürəm. Hər zaman sözümdə də, əməlimdə də prezidenti dəstəkləmişəm", - Məmmədov deyib.
Sözügedən şəxslər 2023-cü ilin aprelində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Açıq mənbədən götürülüb
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib