AİHM Azərbaycan hökumətinin keçmiş “NİDA”çılara əlavə 1500 avro ödəməsinə qərar verib
Foto: Meydan TV
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 25-də “NİDA” Vətəndaş Hərəkatının keçmiş üzvləri Şahin Novruzlu və Məmməd Əzizovun şikayətləri üzrə işin siyahıdan çıxarılması ilə bağlı qərar verib.
2014-cü ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müxtəlif maddələrdə ittiham olunaraq məhkum olunan “NİDA” fəalları 2016-cı ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdılar. Onlar məhkumluqlarını qanunsuz və siyasi motivli hesab edərək AİHM-ə müraciət etmiş, məhkəmə də 2021-ci ildə onların xeyrinə qərar çıxarmışdı.
AİHM 2021-ci ildəki qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) və 18-ci (siyasi məqsədlərlə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusunu tanımış, Azərbaycan hökumətini fəallara ümumilikdə 43,500 avro təzminat ödəməyə məcbur etmişdi.
Hər iki fəal barəsində 2022-ci ildə Ali Məhkəmənin Plenumu bəraət hökmü çıxarıb. Hökumət isə bu bəraəti əsas gətirərək AİHM-dən işin siyahıdan çıxarılmasını xahiş edib.
AİHM isə yeni qərarında vurğulayıb ki, Ali Məhkəmənin Plenumunun qərarı qısa əsaslandırılıb və Konvensiya pozuntuları açıq şəkildə tanınmayıb. Buna görə də şikayətçilərə təzminat ödənilməsinə baxmayaraq, şikayətlərin qəbuledilməz elan olunmasının mümkün olmadığı bildirilib.
Habelə, AİHM yerli məhkəmələr tərəfindən təyin edilən təzminat məbləğini əsassız saymayıb, lakin ərizəçilərin şikayət etdiyi hallar artıq mövcud olmadığından işi siyahıdan çıxarıb. Bununla yanaşı, Azərbaycan hökumətinin M.Əzizov və Ş.Novruzluya müdafiə xərcləri üçün müvafiq olaraq 1000 və 500 avro ödəməli olduğu barədə qərar verilib.
AİHM Azərbaycanda hüquqları pozulan, ədalət axtarışında olan vətəndaşlar üçün sonuncu instansiyadır. 2024-cü ildə AİHM 39 nəfərin Azərbaycana qarşı şikayətlərinə mahiyyəti üzrə baxaraq qərar verib. Bunlardan 38-də Konvensiyanın ən az bir maddəsinin pozuntusu aşkarlanıb.
Prezident İlham Əliyev 2025-ci il aprelin 9-da ADA Universitetindəki forumda çıxış edərkən bildirib ki, Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları daha tanımayacaq.
O deyib ki, əgər Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlamentlər Assambleyasının (AŞPA) iclaslarında iştirak etmirsə və AİHM hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: sosial media
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"