Sosial media
İyunun 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə partiya sədrinin barəsindəki həbs qətimkan tədbiri müddətinin uzadılmasından verdiyi şikayət təmin olunmayıb.
İyunun 10-da Səbail Rayon Məhkəməsi həbs qətimkan tədbirinin daha 5 ay uzadılması barədə qərar verib.
Bundan əvvəl, fevralın 9-da da məhkəmənin qərarı ilə AXCP sədrinin həbs vaxtı 4 ay uzadılmışdı.
Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub.
Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.
Daha əvvəl hökumətyönlü mediada yayılan iddiaya görə, R.Mehdiyev Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq Azərbaycanda keçid hökuməti yaratmağı təklif edib. Ramiz Mehdiyevin bu iddialara münasibəti məlum deyil.
Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib.
Eyni işlə əlaqədar Milli Şuranın sədri Cəmil Həsənli Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib. Milli Şura üzvü Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub. Keçmiş baş nazir müavini Abbas Abbasov isə beynəlxalq axtarışa verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Asəf Əhmədovun şəxsi arxivindən
açıq mənbə
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”