Məhkəmə

"QHT işi" üzrə həbs olunmuş Asəf Əhmədova 8 il həbs cəzası verildi 

17 İyun, 2026
13

Asəf Əhmədovun şəxsi arxivindən

İyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində "QHT işi" üzrə həbsdə olan ictimai fəal Asəf Əhmədovun yekun məhkəmə prosesi keçirilib.

İctimai fəal Əbülfəz Qurbanlının sosial media hesabında verdiyi məlumata görə, məhkəmə A.Əhmədova 8 il həbs cəzası verib. 

A.Əhmədov son sözündə barəsindəki ittihamları rədd edib. 

“Mən tarixçi olduğum üçün bu zalda baş verənlər mənə çox tanışdır. Vaxtilə kitablardan oxuduqlarım bu gün mənim başıma gəlir. Aylardır bu zalda gedən proseslərdən və qarşınızdakı materiallardan nələrin baş verdiyi sizə də, mənə də, elə prokurora da aydındır. Ortada hər hansı cinayət yoxdur. Məqsəd vətəndaş cəmiyyəti üçün nəsə etmək istəyən bir insanı susdurmaqdır. Sokratı da vaxtilə fərqli düşündüyünə görə ittiham edib mühakimə etmişdilər. Bu gün onu mühakimə edən vəzifə sahiblərini heç kim xatırlamır, amma Sokratın irsi yaşayır, insanlar onu hələ də oxuyur və tanıyırlar. Hüseyn Cavidi və onlarla ziyalımızı da məhz belə qondarma ittihamlarla, sadəcə düşüncələrinə görə mühakimə etmişdilər. O dövrün müstəntiqləri və prokurorları qalib gəldiklərini düşünürdülər. Ancaq tarix həmin qərarları verənləri bağışlamadı. Ədalət gec də olsa öz yerini tapdı və tapacaqdır", - o bildirib. 

Gəncə Regional İcma Mərkəzinin rəhbəri olan Asəf Əhmədov ötən ilin martında yenilənmiş "QHT işi" çərçivəsində saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Apellyasiya Məhkəməsi Əli Kərimlini növbəti dəfə həbsdə saxladı 

16 İyun 2026

Sosial media

İyunun 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.  Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə partiya sədrinin barəsindəki həbs qətimkan tədbiri müddətinin uzadılmasından verdiyi şikayət təmin olunmayıb.  İyunun 10-da Səbail Rayon Məhkəməsi həbs qətimkan tədbirinin daha 5 ay uzadılması barədə qərar verib.  Bundan əvvəl, fevralın 9-da da məhkəmənin qərarı ilə AXCP sədrinin həbs vaxtı 4 ay uzadılmışdı. Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Onunla yanaşı AXCP Ali Məclisinin katibi...
Məhkəmə

Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib

12 İyun 2026

açıq mənbə

İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.  Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərova hökm oxunub. Hökmə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 9 il azadlıqdan məhrum etməsini tələb etmişdi. Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. İttiham aktında iddia olunur ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsə torpaq satmaq adı ilə ondan 60 min manat pul...

Seçilmiş Videolar

Toplum TV loqo