Foto: Meydan TV
"MeydanTV işi" üzrə saxlanılan jurnalistlərin həbs müddətləri daha 3 ay uzadılıb.
İyunun 24-də Xətai rayon Məhkəməsində keçirilən proseslərdə jurnalistlərin həbs müddətinin artırılması ilə bağlı ittiham tərəfinin vəsatətlərinə baxılıb.
Məhkəmənin qərarına əsasən, jurnalistlər Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko), Ülvi Tahirov, Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı (Libre), Şəmşad Ağayev və Ülviyyə Əlinin həbs müddətləri daha 3 ay, yəni oktyabrın 6-dək uzadılıb.
Təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərə etiraz ediblər.
Onlar məhkəməyə bildirib ki, jurnalistlər heç bir cinayət törətməyiblər və onlara qarşı irəli sürülən qaçaqmalçılıq ittihamı üzrə tutarlı sübut yoxdur.
Aynur Elgünəş çıxışında deyib ki, məhkəmə “notarius funksiyasını yerinə yeriməməli, yuxarıdan göndərilən sifarişi təsdiq etməməlidir”.
Vəkillər qərardan apelyasiya şikayəti verəcəklərini bildiriblər.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.
“Meydan TV” əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb.
Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun “Meydan TV”-yə aidiyyəti yoxdur.
Daha sonra müxtəlif vaxtlarda jurnalistlər Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı (Libre) və Ülviyyə Quliyeva (Əli) də eyni cinayət işinə görə saxlanılıb.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Sosial media
Foto: Açıq mənbə
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb