Məhkəmə

Elvin Mustafayevin xüsusi amansızlıqla zorakılığa məruz qaldığı deyilir

24 İyun, 2025
64

Foto: Fərqanə Novruzova

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevə “xüsusi amansızlıqla” işgəncə verildiyi bildirilir. 

Bu barədə “İşçi Masası” iyunun 24-də məlumat yayıb. 

Mayın 6-da Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başlayandan sonra Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və burada cərimə kamerasına (karser) salınıb. 

“İşçi Masası” bildirir ki, onun karserə salınma səbəbi indi məlum olub. 

“Belə ki, Elvin Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirildikdən dərhal sonra müəssisə rəisi Fariz Əliyevin yanına aparılıb. Elvinin yaxınlarına verdiyi məlumata görə, otağa daxil olan kimi rəis Fariz Əliyev ona “bura gəldiyin zonalar kimi deyil, burada ağıllı ol” deyərək üzünə şillə vurub. 
Elvin bu davranışa etiraz edərək bunun qanunsuz və alçaldıcı olduğunu bildirib. 
Bu zaman müəssisənin rejim əməliyyatçıları Samir və Əli adlı şəxslər də rəisə qoşularaq Elvin Mustafayevə ağır fiziki işgəncə veriblər”
, - məlumatda deyilir. 

Bir neçə gün əvvəl “İşçi Masası” Mustafayevin vəkilinə istinadən onun qulağında iltihab yarandığını xəbər vermişdi. İndi isə bildirilir ki, buna səbəb fəalın ağır işgəncəyə məruz qalması olub. 

“Onun baş və bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr endirilib. Nəticədə Elvinin qulağı partlayıb və o, huşunu itirib. İşgəncədən bir aydan çox vaxt keçməsinə baxmayaraq, Elvin hələ də qulağında iltihab və bədənində kəskin ağrılar yaşadığını bildirir”, - deyə qeyd olunur. 

“İşçi Masası” Ombudsman aparatından və Penitensiar Xidmətdən bu hadisə ilə bağlı dərhal ölçü götürmələrini, adları çəkilən üç vəzifəli şəxsin   məsuliyyətə cəlb olunmasını tələb


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Qaçaqmalçının yekəsi

24 İyun 2025

Foto: Sosial media

“Meydan TV işi” üzrə həbs edilən Fatimə Mövlamlı təcridxanadan yazır: Bu gün "Meydan Tv İşi" üzrə barəmdə seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadıldı. Hakim Rəfael Sadıqovun sədrliyi ilə keçirilən prosesdə etdiyim çıxışın mətnini sizlərlə bölüşürəm: İttiham tərəfinə də, siz hakimlərə də bəllidir ki, mən jurnalist fəaliyyətimə görə həbs olunmuşam. Məni həbsdə saxlamaq üçün əlinizdə heç bir qanuni əsas yoxdur. Evimdən (guya) tapılan 13.500 avro pulu da, həmin pullar protokollaşdırılan zaman polis maşınının içində oturub gözləyən hal şahidlərini də polislər özləri ilə gətirib.  Mən 4 aydır ki, haqsız yerə həbsdəyəm. İndi siz bu müddəti bir az da uzadırsınız....
Məhkəmə

Ali Məhkəmə Nazim Bəydəmirliyə oxunan hökmü qüvvədə saxlayıb

24 İyun 2025

Foto: Açıq mənbə

İyunun 24-də Ali Məhkəmədə həbsdə olan iqtisadçı və iş adamı Nazim Bəydəmirliyə oxunan hökmdən verilən şikayətə baxılıb.  Hakim Şahin Yusifovun sədrlik etdiyi hakimlər heyəti onun haqqında verilmiş əvvəlki məhkəmə instansiyasının hökmünü qüvvədə saxlayıb. Bəydəmirli öz istəyilə məhkəmədə iştirak etməyib.  Vəkili Aqil Layıc cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. O deyib ki, iqtisadçıya qarşı irəli sürülmüş ittihamlarla bağlı heç bir tutarlı sübut yoxdur. Layıc verilən qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.  Nazim Bəydəmirli 2023-cü ilin iyununda Söyüdlü hadisələrində polislərin davranışını tənqid etdikdən sonra, iyulun 4-də saxlanılıb. Ona ilkin olaraq Cinayət Məcəlləsinin əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb...

Seçilmiş Videolar

Toplum TV loqo