Məhkəmə

Ali Məhkəmə Nazim Bəydəmirliyə oxunan hökmü qüvvədə saxlayıb

24 İyun, 2025
29

Foto: Açıq mənbə

İyunun 24-də Ali Məhkəmədə həbsdə olan iqtisadçı və iş adamı Nazim Bəydəmirliyə oxunan hökmdən verilən şikayətə baxılıb. 

Hakim Şahin Yusifovun sədrlik etdiyi hakimlər heyəti onun haqqında verilmiş əvvəlki məhkəmə instansiyasının hökmünü qüvvədə saxlayıb.

Bəydəmirli öz istəyilə məhkəmədə iştirak etməyib. 

Vəkili Aqil Layıc cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. O deyib ki, iqtisadçıya qarşı irəli sürülmüş ittihamlarla bağlı heç bir tutarlı sübut yoxdur.

Layıc verilən qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib. 

Nazim Bəydəmirli 2023-cü ilin iyununda Söyüdlü hadisələrində polislərin davranışını tənqid etdikdən sonra, iyulun 4-də saxlanılıb.

Ona ilkin olaraq Cinayət Məcəlləsinin əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə maddəsilə ittiham irəli sürülüb.

Sonradan Bəydəmirli Cinayət Məcəlləsinin təhdid yolu ilə tələb etmə maddəsi ilə də ittiham olunub. 

2024-cü il  sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.

Bəydəmirli ittihamları rədd edir, özünü ekologiya məhbusu adlandırır.

Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Qaçaqmalçının yekəsi

24 İyun 2025

Foto: Sosial media

“Meydan TV işi” üzrə həbs edilən Fatimə Mövlamlı təcridxanadan yazır: Bu gün "Meydan Tv İşi" üzrə barəmdə seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadıldı. Hakim Rəfael Sadıqovun sədrliyi ilə keçirilən prosesdə etdiyim çıxışın mətnini sizlərlə bölüşürəm: İttiham tərəfinə də, siz hakimlərə də bəllidir ki, mən jurnalist fəaliyyətimə görə həbs olunmuşam. Məni həbsdə saxlamaq üçün əlinizdə heç bir qanuni əsas yoxdur. Evimdən (guya) tapılan 13.500 avro pulu da, həmin pullar protokollaşdırılan zaman polis maşınının içində oturub gözləyən hal şahidlərini də polislər özləri ilə gətirib.  Mən 4 aydır ki, haqsız yerə həbsdəyəm. İndi siz bu müddəti bir az da uzadırsınız....
Məhkəmə

Aynur Elgünəş: “Məhkəmə notarius funksiyası yerinə yetirməməlidir”
 

24 İyun 2025

Foto: Meydan TV

"MeydanTV işi" üzrə saxlanılan jurnalistlərin həbs müddətləri daha 3 ay uzadılıb. İyunun 24-də Xətai rayon Məhkəməsində keçirilən proseslərdə jurnalistlərin həbs müddətinin artırılması ilə bağlı ittiham tərəfinin vəsatətlərinə baxılıb. Məhkəmənin qərarına əsasən, jurnalistlər Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko), Ülvi Tahirov, Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı (Libre), Şəmşad Ağayev və Ülviyyə Əlinin həbs müddətləri daha 3 ay, yəni oktyabrın 6-dək uzadılıb. Təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərə etiraz ediblər. Onlar məhkəməyə bildirib ki, jurnalistlər heç bir cinayət törətməyiblər və onlara qarşı irəli sürülən qaçaqmalçılıq ittihamı üzrə tutarlı sübut yoxdur. Aynur Elgünəş çıxışında deyib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo