Foto: sosial media
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qızı Səidə Mirziyoyevanı Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib.
Bu vəzifə 2023-cü ilin avqustunda Mirziyoyevin sərəncamı ilə ləğv edilmişdi.
Mirziyoyeva isə 2023-cü ildən prezident köməkçisi vəzifəsini daşıyıb. O, daha əvvəl Prezident Administrasiyasının İcra Aparatının Kommunikasiya və İnformasiya Siyasəti sektorunun müdiri vəzifəsində çalışıb.
Mərkəzi Asiya ölkələrində liderlərin övladlarını yüksək vəzifələrə çəkməsi ənənə halını alıb.
Türkmənistan Prezidenti Sərdar Berdimuxamedov keçmiş prezident Qurbanqulu Berdimuxamedovun oğludur. Onun bacısı Oğulcahan Berdimuxamedova isə atasının adını daşıyan xeyriyyə fondunun vitse-prezidentidir.
Keçmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2019-cu ildə istefa verdiyi gün qızı Dariqa Nazarbayevanı parlamentin yuxarı palatasının sədri vəzifəsinə təyin edib, bununla da ona ölkədəki ikinci ən vacib vəzifəni həvalə etmişdi. 2020-ci ildə isə Prezident Qassum-Comart Tokayev Nazarbayevanın səlahiyyətlərini ləğv edib.
Tacikistanda isə Prezident Emoməli Rəhmonun oğlu Rüstəm Emoməli paytaxt Düşənbənin meri və parlamentin yuxarı palatasının sədridir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Qazaxıstan parlamentinin aşağı palatası “LGBT təbliğatı”nı qadağa edən qanunu yekdilliklə qəbul edib
Foto: açıq mənbə
SOCAR 12 il əvvəlkindən az vergi ödəyəcək, şirkət üçün postneft erası artıq başlayıb?
Hökumət icbari tibbi sığortaya ayrılan vəsaiti kəskin azaldacaq
Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı: 24.900 dollara alınan fəxri adlar
Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi
Azər Qasımlının həyat yoldaşı: “Məhkəmədə prokuror şahidi təhdid etdi”