Foto: AFP
İsrail ABŞ Prezidenti Donald Trampın təklif etdiyi, İranla hərbi münaqişənin dayandırılmasına əsaslanan atəşkəsə razılaşıb.
Bu barədə İsrail Xarici İşlər Nazirliyi iyunun 24-də yaydığı bəyanatda bildirib.
Bəyanatda deyilir ki, İsrail Baş naziri Benyamin Netanyahu iyunun 23-ü gecə saatlarında təhlükəsizlik kabinetinin iclasını çağırıb.
“Baş nazir İrana qarşı başladılan “Qalxan Şir” əməliyyatının bütün hədəflərinə və daha artığına çatdığını bildirib”, - deyə qeyd olunur.
“İsrail üzərindən həm nüvə məsələsində, həm də ballistik raketlərlə bağlı olan ikili təhlükəni aradan qaldırıb. İsrail Müdafiə Qüvvələri (IDF) Tehran səmasında tam hava üstünlüyü əldə edib, hərbi rəhbərliyə ağır zərbə endirib və İran rejiminin onlarla hədəfini məhv edib.
Son bir neçə gündə IDF həmçinin Tehranın mərkəzindəki rejim hədəflərinə ağır zərbələr endirib, rejimin təzyiq aləti olan Bəsicdən yüzlərlə silahlını zərərsizləşdirib və yüksək rütbəli nüvə alimlərini aradan götürüb”, - deyə əlavə olunur.
İsrail hökuməti Trampın təklif etdiyi atəşkəsin qüvvəyə mindiyini elan edib və buna görə ABŞ Prezidentinə təşəkkür edib.
Həmçinin, İsrailin hava səmasının uçuşlar üçün açıldığı, təxliyə uçuşlarının tezliklə start götürəcəyi bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Toplum TV
Foto: Açıq mənbə
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"