Foto: EPA/EFE
İyunun 23-də Gürcüstanın müxalif “Ağmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze həbs olunub.
Vaşadze həmin gün haqqında 7 aylıq həbs hökmü çıxarılan məhkəmə prosesində iştirak etməyib.
O, əvəzində partiyasının ofisində mətbuat konfransı keçirib və hakimiyyəti “polis arxasında gizlənən kimsələr” adlandırıb.
Bir müddət sonra polis əməkdaşları gələrək onu həbs edib.
Vaşadze daha öncə parlamentin istintaq komissiyası önündə ifadə vermədiyinə görə haqqında cinayət işi açılmışdı, lakin həbs qətimkan tədbiri seçilməmişdi.
Bir gün əvvəl artıq həbsdə olan “Girçi - Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidze haqqında da 7 aylıq həbs hökmü çıxarılıb. Həmin gün, həmçinin, “Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze haqqında da 8 aylıq həbs hökmü oxunub. Xazaradze və B.Caparidze daha öncə girov qarşılığında azadlıqda qala biliblər.
Bununla da, son bir ayda Gürcüstanda 6 müxalifət lideri həbs olunub.
Daha əvvəl, Z.Caparidzedən əlavə, müxalifət liderləri Nika Meliya və Nika Qvaramia haqqında da həbs qətimkan tədbiri seçilib.
Onların hamısı parlamentin istintaq komissiyası qarşısında ifadə verməkdən imtina etməkdə təqsirləndirilir.
İstintaq komissiyası hökumətin təşəbbüsü ilə yaradılıb və deputat Tea Tsulukianinin rəhbərliyi ilə fəaliyyət göstərir. Məqsəd isə keçmiş hakim partiya, hazırda müxalifətdə olan Birləşmiş Milli Hərəkatın (UNM) iddia olunan cinayətlərini araşdırmaqdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: AFP
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"