Foto: Sosial media
Həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov aclığı dayandırıb.
Bu barədə ictimai fəal Gülnara Mehdiyeva xəbər yayıb.
O bildirib ki, buna səbəb Səmədovun səhhətində yaranan problemlər və nənəsinin israrı olub.
Mehdiyeva əlavə edib ki, gənc fəalın dərisindəki ekzema xəstəliyi güclənib və dərisi qanamağa başlayıb.
Səmədov iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
O, iyunun 20-dəki məhkəmə prosesində dövlət ittihamçısının ona 16 il iş istəməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı.
Səmədov dövlətə xəyanətdə ittiham olunub. Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Fəal isə ittihamı rədd edir və sülh çağırışlarına və elmi fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Sosial media
Foto: sosial media
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb