Məhkəmə

Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”

12 Avqust, 2025
2849

Foto: VOA

Hazırda həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov avqustun 12-də nənəsi Zibeydə Osmanovaya zəng edərək təcili həbsxanaya gəlməsini istəyib.

Bu barədə ictimai fəal Əmrah Təhməzov Zibeydə Osmanovaya istinadən məlumat verib.

Z.Osmanovanın sözlərinə görə, telefon zəngindən sonra o Umbakıdakı həbsxanada Bəhruz Səmədovla görüşüb. 

“Mənə dedi ki, sabah məhkəməyə getməyəcəm. Elə əsas onu deyir ki, sülh müqaviləsi bağlayırlar, niyə məni azadlığa buraxmırlar?”. 

Nənəsi bildirir ki, Bəhruz Səmədov həm də məhkəmələrin qapalı keçirilməsindən narahatdır: “Mənim günahımı sübut etmirlər, edə bilmirlər. Mən niyə qapalı məhkəməyə getməliyəm?” , –  Səmədov nənəsinə deyib.

Sülh fəalı məhkəmələr qapalı keçirilməyə davam edərsə, prosesə getməkdən birdəfəlik imtina edəcəyini də qeyd edib.

Zibeydə Osmanova Bəhruz Səmədovun həyatına görə narahat olduğunu deyib.

Bildirib ki, nəvəsi bundan öncə həbsinə etiraz olaraq 2 dəfə intihara cəhd edib.

“Hər ikisində son anda kimlərsə onu xilas edib. “3-cü dəfə isə intihar edib, həyatıma son qoyacam” deyib. Nəvəmə qovuşmaq, dövlətin onu azad etməyini istəyirəm”, - sülh fəalının nənəsi belə deyib.

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub. Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. 

Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub. 

O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Abzas”çıların məhkəmə zalından zorakılıqla çıxarıldığı deyilir 

12 Avqust 2025

Foto: Abzas Media

Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” işi üzrə hazırlıq iclası keçirilib.  “Abzas Media” xəbər verir ki, məhkəmə zalında nəşrin qadın əməkdaşlarına qarşı zorakılıq olub, vəsatətlər təmin edilməyib. Prosesdə müdafiə tərəfi həbsdə olan Ülvi Həsənli, Məhəmməd Kekalov, Hafiz Babalı və Fərid Mehralızadənin Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına köçülürməsi ilə bağlı vəsatət verib.  Hakim vəsatəti təmin etməyib.  Bundan sonra vəkillər kişi və qadın jurnalistlərin bərabər oturmasını, yaxud qadın jurnalistlərin vəkillərlə bərabər oturması üçün vəsatət qaldırıb. Müdafiəçilər bunu onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi zamanı “Abzas Media işi” üzrə ittiham edilənlər zalda, vəkillərlə birlikdə otuzdurulub. Bu vəsatət də təmin edilməyib. Məlumata görə,...
Məhkəmə

Ailəsi: Məhəmməd Kekalova vəkili ilə danışmağa imkan verilməyib

12 Avqust 2025

Foto: Əkinçi

“Abzas Media işi” üzrə həbs edilən Məhəmməd Kekalova vəkili ilə telefonla əlaqə saxlamasına imkan verilmədiyi bildirilib. Ailəsinin “Abzas Media”ya verdiyi məlumata görə, Kekalov avqustun 12-də saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleksdən vəkilinə zəng etmək istəyib.  Lakin həbsxana işçiləri buna icazə verməyib, telefon dəstəyini əlindən zorla alaraq yerinə qoyublar. Ona yalnız həbsxana rəisinin icazəsindən sonra vəkilinə zəng edə biləcəyi deyilib. “Abzas Media işi” çərçivəsində həbs edilən şəxslərə istintaq dövründə vəkilləri ilə telefon danışığına qadağa qoyulmuşdu. Lakin bu məhdudiyyətin yekun məhkəmə hökmündən sonra da qüvvədə qalması ilə bağlı rəsmi məlumat yoxdur. Məhəmməd Kekalov 2025-ci il iyunun 20-də 7 il 6 ay azadlıqdan məhrum...

Seçilmiş Videolar

Toplum TV loqo