Məhkəmə

“Abzas”çıların məhkəmə zalından zorakılıqla çıxarıldığı deyilir 

12 Avqust, 2025
79

Foto: Abzas Media

Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” işi üzrə hazırlıq iclası keçirilib. 

“Abzas Media” xəbər verir ki, məhkəmə zalında nəşrin qadın əməkdaşlarına qarşı zorakılıq olub, vəsatətlər təmin edilməyib.

Prosesdə müdafiə tərəfi həbsdə olan Ülvi Həsənli, Məhəmməd Kekalov, Hafiz Babalı və Fərid Mehralızadənin Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına köçülürməsi ilə bağlı vəsatət verib. 

Hakim vəsatəti təmin etməyib. 

Bundan sonra vəkillər kişi və qadın jurnalistlərin bərabər oturmasını, yaxud qadın jurnalistlərin vəkillərlə bərabər oturması üçün vəsatət qaldırıb. Müdafiəçilər bunu onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi zamanı “Abzas Media işi” üzrə ittiham edilənlər zalda, vəkillərlə birlikdə otuzdurulub. Bu vəsatət də təmin edilməyib.

Məlumata görə, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova məhkəmə zalının uzaq küncündə şüşə arxasında saxlanılıblar. Prosesdə mikrofonlar işləmədiyi üçün onlar vəkillərin nə dediyini eşitməyiblər və buna görə etiraz ediblər.

“Bizi bura niyə gətirmisiniz? Özünüz üçün tamaşa qurmusunuz, şou göstərirsiniz. Biz heç bir şey eşitmirik. Hakimi eşitmək üçün məhkəmədə qulaq falına çıxmışıq”, deyən Vaqifqızı, Absalamova və Qasımova etiraz olaraq şüşəni döyəcləməyə və cavab tələb etməyə başlayıblar.

Bundan sonra hakim onların “qarışıqlıq” yaratdığını deyərək məhkəmə zalından çıxarılmasını istəyib. Bu zaman Sevinc Vaqifqızı hakimə “Siz bizə heç nə edə bilməzsiniz. Dediyinizin heç bir hökmü yoxdur. Siz İlham Əliyevin qulusunuz” - deyib.

İş üzrə mühakim olunanlar məhkəmə proseslərinin belə keçəcəyi halda növbəti iclaslarda iştirak etməyəcəklərini deyiblər.

Xəbərdə deyoilir ki, qadın jurnalistlər zaldan çıxarılarkən Penitensiar Xidmətin əməkdaşları onlara zorakılıq edib, itələyiblər. 

Növbəti məhkəmə prosesi avqustun 26-a təyin edilib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”

12 Avqust 2025

Foto: VOA

Hazırda həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov avqustun 12-də nənəsi Zibeydə Osmanovaya zəng edərək təcili həbsxanaya gəlməsini istəyib. Bu barədə ictimai fəal Əmrah Təhməzov Zibeydə Osmanovaya istinadən məlumat verib. Z.Osmanovanın sözlərinə görə, telefon zəngindən sonra o Umbakıdakı həbsxanada Bəhruz Səmədovla görüşüb.  “Mənə dedi ki, sabah məhkəməyə getməyəcəm. Elə əsas onu deyir ki, sülh müqaviləsi bağlayırlar, niyə məni azadlığa buraxmırlar?”.  Nənəsi bildirir ki, Bəhruz Səmədov həm də məhkəmələrin qapalı keçirilməsindən narahatdır: “Mənim günahımı sübut etmirlər, edə bilmirlər. Mən niyə qapalı məhkəməyə getməliyəm?” , –  Səmədov nənəsinə deyib. Sülh fəalı məhkəmələr qapalı keçirilməyə davam edərsə, prosesə getməkdən birdəfəlik imtina edəcəyini də...
Məhkəmə

Ailəsi: Məhəmməd Kekalova vəkili ilə danışmağa imkan verilməyib

12 Avqust 2025

Foto: Əkinçi

“Abzas Media işi” üzrə həbs edilən Məhəmməd Kekalova vəkili ilə telefonla əlaqə saxlamasına imkan verilmədiyi bildirilib. Ailəsinin “Abzas Media”ya verdiyi məlumata görə, Kekalov avqustun 12-də saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleksdən vəkilinə zəng etmək istəyib.  Lakin həbsxana işçiləri buna icazə verməyib, telefon dəstəyini əlindən zorla alaraq yerinə qoyublar. Ona yalnız həbsxana rəisinin icazəsindən sonra vəkilinə zəng edə biləcəyi deyilib. “Abzas Media işi” çərçivəsində həbs edilən şəxslərə istintaq dövründə vəkilləri ilə telefon danışığına qadağa qoyulmuşdu. Lakin bu məhdudiyyətin yekun məhkəmə hökmündən sonra da qüvvədə qalması ilə bağlı rəsmi məlumat yoxdur. Məhəmməd Kekalov 2025-ci il iyunun 20-də 7 il 6 ay azadlıqdan məhrum...

Seçilmiş Videolar

Toplum TV loqo