Məhkəmə

Daha bir hüquq müdafiəçisi həbs olunub

15 Mart, 2025
46

Məmməd Məmmədzadə/şəxsi arxiv

Seçki Müşahidə Alyansının koordinatoru Məmməd Alpay Məmmədzadə barəsində 3 ay 28 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qərar martın 14-də Binəqədi rayon məhkəməsi tərəfindən verilib.

Məmməd Alpay Məmmədzadə  Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə birgə saxlanılıb. 

Binəqədi rayon məhkəməsi Bəşir Süleymanlı barəsində də 3 ay 28 gün həbs qətimkan tədbiri seçmişdi.

Məmməd Alpay Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Onun koordinatoru olduğu Seçki Müşahidə Alyansı hazırda Azərbaycanda fəaliyyət göstərən və seçki monitorinqi ilə məşğul olan az sayda qurumdan biridir.

Hər iki hüquq müdafiəçisinin saxlanması 2014-cü ildə Baş Prokurorluğun İstintaq Idarəsində yerli və xarici qeyri hökumət təşkilatları (QHT) ilə bağlı açılmış cinayət işi ilə əlaqəlidir. Bu cinayət işinin 2020-ci ildə bağlandığı və sonra yeniləndiyi bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Formula 1”dəki mənimsəmədə ittiham olunan şöbə rəisinə hökm oxundu

17 Mart 2025

açıq mənbədən götürülüb

Bakıda keçirilən “Formula-1” yarışlarının təşkili zamanı 397 min manatdan çox büdcə vəsaitini mənimsəməkdə ittiham olunan keçmiş şöbə rəisi Çingiz Mehdiyevə hökm oxunub. Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən, o, 3 il sınaq müddəti olmaqla 8 il müddətinə şərti azadlıqdan məhrum etmə cəzası alıb. APA yazır ki, onun əmlakının üzərinə qoyulan həbs götürülüb. Çingiz Mehdiyevin dəymiş ziyanı tam ödədiyi deyilir. Ötən prosesdə dövlət ittihamçısı bunun nəzərə alınmasını və ona 3 il sınaq müddəti seçilməklə şərti cəza verilməsini təklif edib.  Bundan öncə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 10 il cəza istəmişdi. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üstünü...
Məhkəmə

Bəşir Süleymanlı həbs olundu

14 Mart 2025

Bəşir Süleymanlı/şəxsi arxiv

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs olunub. Hüquq müdafiəçisi Samir Kazımlının məlumatına görə, Binəqədi rayon məhkəməsində onun barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib. İlkin məlumata görə B.Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bəşir Süleymanlı martın 14-də saxlanılıb. Onun yerli və beynəlxalq QHT-lərə qarşı açılmış cinayət işi üzrə həbs olunduğu ehtimal edilir. 2014-cü il mayında 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu....

Seçilmiş Videolar

Toplum TV loqo